BDU-da Hirş indeksinə verilən tələblərə dair müzakirələr keçirilib

07/04/2023

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində “Akademik məlumat bazaları ilə əməkdaşlıq və Hirş indeksinə verilən tələblər” mövzusunda elmi seminar keçirilib. Tədbirdə çıxış edən BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru, professor Mais Süleymanov bildirib ki, hazırda ali məktəblərin, elmi-tədqiqat mərkəzlərinin qarşısında duran əsas tələblərdən biri akademik məlumat bazaları ilə əməkdaşlığın artırılması və beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması məsələsidir. Natiq bu sahədə qabaqcıl dünya təcrübəsinin öyrənilməsi və tətbiqinin zəruriliyini qeyd edib, elmi seminarda təqdim olunan mövzunun xüsusi aktuallıq kəsb etdiyini vurğulayıb.

Sonra BDU-nun Kitabxanaşünaslıq kafedrasının dosenti Pərviz Kazımi mövzu ilə bağlı məruzə edib. Pərviz Kazimi qlobal informasiya mühitinin yaratdığı şəraitdə akademik məlumat bazaları ilə əməkdaşlığın qayda və üsulları, həmçinin Hirş indeksinə verilən tələblər barədə ətraflı məlumat verib. Akademik bazaların arxivləndirmə və indeskləndirmə fəaliyyətindən bəhs edən araşdırmaçı müxtəlif qiymətləndirmə meyarları, onların tətbiq üsulları, elmi informasiyanın idarə olunması, səmərəliliyinin təhlili kimi aktual məsələləri şərh edib. Məruzədə elmi müəssisə, elmi jurnal, müəllif və məqalələrin indeksləşməsi, eyni zamanda reytinqlərin müəyyən olunması kimi problemlərin təhlili də geniş yer alıb. Son illər BDU-nun bu sahədə böyük uğurlar əldə etdiyini vurğulayan Pərviz Kazımi qeyd edib ki, artıq Universitetin Hirş indeksi 56-ya yüksəlib: “Müqayisə üçün qeyd edim ki, 2018-ci ildə bu göstərici 35-ə bərabər idi”.

Beynəlxalq akademik məlumat bazalarının iş prinsipləri əsasında təqdim edilən məruzə geniş diskussiyalara səbəb olub, məruzəçiyə çoxsaylı suallar ünvanlanıb.

Xəbərlər

BDU mədəniyyət hüququ üzrə kadr hazırlığına başlayacaq

BDU mədəniyyət hüququ üzrə kadr hazırlığına başlayacaq
25/07/2024

BDU və Türkiyənin Bayburt Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU və Türkiyənin Bayburt Universiteti arasında anlaşma memorandumu imzalanıb
25/07/2024

BDU-nun 4 məzunu dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi olub

BDU-nun 4 məzunu dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi olub
25/07/2024