BDU-da akademik Nizami Cəfərovun iştirakı ilə “Nizami və türkçülük” adlı vebinar keçirilib

29/04/2021

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində Nizaminin 880 illik yubileyi münasibəti ilə “Nizami lektoriyası” silsilə tədbirləri çərçivəsində növbəti vebinar keçirilib.

Vebinarda BDU-nun Ümumi dilçilik kafedrasının müdiri, akademik, millət vəkili Nizami Cəfərov “Nizamidə türkçülük” mövzusunda məruzə ilə çıxış edib, dünya miqyasında Nizamiyə verilən dəyər və qiymətdən, Şərqdə poetika sənətinin inkişafında şairin fəal xidmətlərindən söz açıb. Nizami əsərlərində türk ünsürləri barədə geniş məlumat verən natiq faktlarla şairin şəxsiyyəti və türk kimliyini elmi mülahizələrlə iştirakçıların diqqətinə çatdırıb. Nizaminin dilində 100-dən çox türk sözünün istifadə edilməsindən söz açan akademik, Səid Nəfisidən nümunə gətirərək “Nizaminin əsərlərində türk qoxusunun olduğuna”, şairin türk eposuna xoşbəxtlər ölkəsi adlı utopik məkan, ideal hökmdar obrazlarını gətirdiyinə diqqət çəkib. Şairin əsərlərinə dövlətçilik ideyaları meyarından yanaşan N.Cəfərov, Ulu Öndər Heydər Əliyevin, daim Nizaminin “Qoy ədalət çalsın zəfər” misrasından sitat gətirdiyini vurğulayaraq, Ümmummili Liderin Nizamiyə olan ehtiramını, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dahi Nizaminin yaradıcılığına önəm verməsi və 2021-ci ilin “Nizami ili” elan etməsini yüksək qiymətləndirib.

Türk filologiyası kafedrasının müdiri, professor Rüfət Rüstəmov Nizami Gəncəvinin türk fəlsəfi fikrinə təsirlərindən, şairin türk mədəniyyətini zənginləşdirməsindən bəhs edib.

İran filologiyası kafedrasının dosenti Əsmətxanım Məmmmədova Nizami Gəncəvinin əsərlərinin tərcümələrindən nümunələr gətirib, şairin əsərlərinin dil xüsusiyyətləri barədə məlumat verib.

Tədbir professor-müəllim heyətinin müzakirələri ilə davam edib.

 

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Bu ilin sonunadək iki Super Ay hadisəsi müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Bu ilin sonunadək iki Super Ay hadisəsi müşahidə olunacaq”
24/10/2025

BDU-da ixtisaslaşmaların beynəlxalq akkreditasiyasına hazırlıq məqsədilə görüş keçirilib

BDU-da ixtisaslaşmaların beynəlxalq akkreditasiyasına hazırlıq məqsədilə görüş keçirilib
24/10/2025

BDU-da elmi seminar: “Dərman bitkiləri, nanodərmanlar, alınma metodları və perspektivləri”

BDU-da elmi seminar: “Dərman bitkiləri, nanodərmanlar, alınma metodları və perspektivləri”
24/10/2025