BDU-da akademik Nizami Cəfərovun ustad dərsi: “Dilçiliyə girişdən ümumi dilçiliyə”

16/03/2026

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin təşkilatçılığı ilə 27 mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr edilmiş növbəti ustad dərsi keçirilib.

Ustad dərsində BDU-nun Ümumi dilçilik kafedrasının müdiri, AMEA-nın həqiqi üzvü, Atatürk Mərkəzinin direktoru, filologiya elmləri doktoru Nizami Cəfərov “Dilçiliyə girişdən ümumi dilçiliyə” mövzusunda mühazirə ilə çıxış edib.

O, məruzədə Azərbaycanda ümumi dilçiliyin keçmişi və mövcud vəziyyəti haqqında geniş məlumat verib, “Dilçiliyə giriş” dərslikləri və mühazirələrinin elmi-nəzəri və metodoloji səviyyəsinin yüksəldilməsinin vacibliyini vurğulayıb. Bununla yanaşı, dilçilik klassiklərinin əsərlərinin Azərbaycan dilinə tərcüməsi sahəsində müəyyən uğurların əldə olunduğu qeyd edib, bu istiqamətdə işlərin davam etdirilməsinin zəruriliyini diqqətə çatdırıb.

Ustad dərsində bu sahənin gələcək inkişaf perspektivləri müzakirə olunub. Bildirilib ki, "Ümumi dilçilik" dərslərində dilçiliyin bütün problemlərini əhatə etmək mümkün olmasa da, dil haqqında elmin əsaslarını təşkil edən fundamental mövzular xüsusi diqqət mərkəzində saxlanılmalıdır.

Xəbərlər

BDU-da yeni tədris ili başlayıb

BDU-da yeni tədris ili başlayıb
15/09/2026

BDU-da Bilik Günü qeyd olunub

BDU-da Bilik Günü qeyd olunub
15/09/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində Bilik Günü

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində Bilik Günü
15/09/2026