BDU-da “İşğaldan azad edilmiş ərazilərin bərpası və böyük qayıdış” adlı tədbir

15/03/2021

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya, Geologiya və Ekologiya və torpaqşünaslıq fakültələrinin birgə təşkilatçılığı ilə “İşğaldan azad edilmiş ərazilərin bərpası və böyük qayıdış” mövzusunda onlayn tədbir keçirilib. Tədbirdə hər üç fakültənin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

Seminarı giriş sözü ilə açan Coğrafiya fakültəsinin dekanı Şəkər Məmmədova tədbirin əhəmiyyətindən danışaraq işğal nəticəsində Qarabağın məhv edilən təbii və təsərrüfat sahələri haqqından qısa məlumat verib.

Sonra Geologiya fakültəsinin professoru Nazim İmamverdiyev  “İşğaldan azad edilmiş ərazilərin innovativ üsullarla geoloji quruluşunun öyrənilməsi, yeni faydalı qazıntıların perspektivliyinin qiymətləndirilməsi”, Ekologiya və torpaqşünaslıq fakültəsinin dosenti Qismət Xanbabayev “İşğaldan azad edilmiş ərazilərin ekoloji problemlərinin tədris prosesində nəzərə alınması” və Coğrafiya fakültəsinin baş müəllimi, coğrafiya üzrə fəlsəfə doktoru Vüqar Dərgahov “Ağıllı şəhər və kənd layihələrinin ərazi təşkilində beynəlxalq təcrübə” mövzularında məruzə ilə çıxış ediblər.

Çıxışlarda işğaldan azad edilmiş hər bir rayonumuzun zəngin iqtisadi potensiala, həmçinin kənd təsərrüfatı baxımından böyük imkanlara malik olduğu qeyd edilib, yaxın gələcəkdə işğaldan azad edilmiş ərazilərdə tikinti-bərpa işlərinin həyata keçirilməsinin xüsusi əhəmiyyəti qeyd edilib.

Sonda iştirakçıların sualları cavablandırılıb.

Xəbərlər

Görkəmli uşaq şairi Zahid Xəlil BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri ilə görüşüb

Görkəmli uşaq şairi Zahid Xəlil BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri ilə görüşüb
06/04/2026

BDU-nun Biologiya fakültəsində duzluluq stresinin bitkilərə təsiri tədqiq olunur

BDU-nun Biologiya fakültəsində duzluluq stresinin bitkilərə təsiri tədqiq olunur  
06/04/2026

BDU-nun komandası Özbəkistanda keçirilən beynəlxalq kibertəhlükəsizlik yarışında uğurla iştirak edib

BDU-nun komandası Özbəkistanda keçirilən beynəlxalq kibertəhlükəsizlik yarışında uğurla iştirak edib
06/04/2026