BDU-da "İşğaldan azad olunmuş torpaqlarımızın təbii sərvətləri" adlı tədbir

15/04/2022

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Tələbə Elmi Cəmiyyətin təşəbbüsü, Ekologiya və torpaqşünaslıq, Biologiya, Geologiya və Coğrafiya fakültələrinin birgə təşkilatçılığı ilə "Şuşa ili" çərcivəsində "İşğaldan azad olunmuş torpaqlarımızın təbii sərvətləri" adlı tədbir keçirilib.

Əvvəlcə Dövlət himni səslənib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Kimya fakültəsinin dekan müavini Taleh Qəhrəmanov, Biologiya fakültəsinin dekan müavini Natəvan Baxşəliyeva, Ekologiya və Torpaqşünaslıq fakültəsinin baş müəllimi İsmət Xanbabayev çıxış edərək Ermənistanın işğaldan azad edilən torpaqlarda 30 ilə yaxın müddətdə həyata keçirdiyi vandallıq siyasətindən danışıb, təbii sərvətlərin, faydalı qazıntı, mineral və şirin su yataqları, infrastruktur, mədəniyyət abidələrinin talan edildiyini bildiriblər.

Kimya fakültəsinin tələbəsi Hüseyn Quluzadə “İşğaldan azad olunmuş ərazilərimizin kimyası”, Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbələri Fidan Vəliyeva, Aytac Cabbarova “İşğaldan azad olmuş ərazilərimizin ekoloji durumu”, Biologiya fakültəsinin tələbəsi Həcər Muxtarova  “Qarabağın flora və faunası”, Geologiya fakültəsinin tələbəsi Samirə Novruzova “İşğaldan azad olmuş ərazilərimizin qızıl yataqları və onların Azərbaycanın iqtisadi inkişafında rolu”, Coğrafiya fakültəsinin tələbəsi Nərmin Rəcəbli “Qarabağda turizm və turistlərin cəlb edilməsi” mövzularında çıxış ediblər.

Tələbə Elmi Cəmiyyətinin sədri İsa İsayev “Qarabağın təbii sərvətləri” mövzunda videoçarx təqdim edib.

Tədbir tələbələrin suallarının cavablandırılması ilə yekunlaşıb.

Xəbərlər

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib
17/07/2026

BDU-nun 12 tələbəsi “IT SkillSprint” proqramını uğurla başa vurub

BDU-nun 12 tələbəsi “IT SkillSprint” proqramını uğurla başa vurub
17/07/2026

“Mediada Azərbaycan dili” metodik vəsaitinin təqdimatı olub

“Mediada Azərbaycan dili” metodik vəsaitinin təqdimatı olub
17/07/2026