BDU-da ali məktəb kitabxanaları üçün “EBSCO - eBooks platformasında axtarış” adlı təlim-seminar

10/06/2022

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasının təşkilatçılığı ilə Azərbaycan Kitabxana İnformasiya Konsorsiumuna üzv olan ali məktəb kitabxanaları üçün “EBSCO - eBooks platformasında axtarış” mövzusunda təlim-seminar keçirilib.

Təlim seminar 2022-ci ilin may ayından etibarən universitetlərin professor-müəllim heyəti, gənc tədqiqatçıları və oxucularına 3 ay müddətinə ödənişsiz istifadəyə verilən və  218 639 elektron kitabdan ibarət “eBook Academic Collection”dan istifadə qaydalarına həsr olunub.

İstifadəçilər üçün rahat interfeysi olan bu kolleksiyanın bir platformadan asan idarə edilməsi onu kitabxanalar üçün əsas elektron resurs bazasına çevirir.

Təlim-seminar EBSCO şirkətinin təlimçi mütəxəssisi İrina Serjan tərəfindən keçirilib. İrina Serjan elektron kitabları yükləmək, istinadlar haqqında məlumat almaq, yüklənmiş məlumatları müxtəlif dillərə tərcümə etmək, sosial şəbəkələrdə paylaşmaq və s. üsullarla platformadan istifadə imkanlarını izah edib.

Sonda İrina Serjan iştirakçılar tərəfindən verilən sualları cavablandırıb.

Xəbərlər

BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqə elan edilir

BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqə elan edilir
06/02/2026

BDU-nun Astrofizika kafedrası: “Fevralın 28-də “planetlərin böyük paradı” müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Fevralın 28-də “planetlərin böyük paradı” müşahidə olunacaq”
05/02/2026

BDU-da Çin Yaz Festivalı keçirilib

BDU-da Çin Yaz Festivalı keçirilib
05/02/2026