BDU-da ali məktəb tələbələri arasında III Respublika Olimpiadası qaliblərinin mükafatlandırılma mərasimi keçirilib

23/05/2025

Bakı Dövlət Universitetində (BDU) ali məktəb tələbələri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Fizika, Riyaziyyat, Kimya, Biologiya və Coğrafiya fənləri üzrə III Respublika Olimpiadasının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Rektor Elçin Babayev Azərbaycanda elm və təhsil sahəsində həyata keçirilən siyasətin uğurlu nəticələrindən danışıb, olimpiada hərəkatının ildən-ilə genişləndiyini qeyd edib. O bildirib ki, BDU-nun ölkənin siyasi, mədəni, elm, təhsil həyatında xüsusi rolu var. Universitetin dünya şöhrətli məzunu Ümummilli Lider Heydər Əlyevdir. Rektor olimpiadada iştirak etməyin tələbələr üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb, bunun onların sonrakı uğurlarına güclü təkan verdiyini bildirib: "Respublika Olimpiadasında iştirak edən tələbələrin sayı ilbəil artmaqdadır. Artıq 15 universitetin Respublika Olimpiadasında iştirakı doğru yolda olduğumuzu göstərir”.

Olimpiadada BDU ilə yanaşı, ADA Universiteti, Azərbaycan Tibb Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti, Fövqəladə Hallar Nazirliyinin Akademiyası, Xəzər Universiteti, Qərbi Kaspi Universiteti, Sumqayıt Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Lənkəran Dövlət Universitetindən ümumilikdə Fizika fənni üzrə 75, Riyaziyyat fənni üzrə 54, Kimya fənni üzrə 72, Biologiya fənni üzrə 92, Coğrafiya fənni üzrə 50 tələbə iştirak edib. Olimpiadanın məqsədi Azərbaycan Respublikasında adıçəkilən elmlər üzrə ixtisaslı mütəxəssislərin hazırlanmasının keyfiyyətini daha da yüksəltmək, istedadlı tələbələri aşkar etmək və dəstəkləmək, onları elmi-tədqiqat fəaliyyətinə cəlb etmək, tələbələr arasında elmi bilikləri təbliğ etməkdir.

Daha sonra BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov Respublika Olimpiadasının qaliblərini elan edib. Müsabiqənin nəticələrinə əsasən, 30 tələbə Olimpiadanın qalibi olub. Onlardan 5-i I, 10-u II, 15-i III yerləri tutub, 30 tələbə həvəsləndirici yerlərə layiq görülüb. Olimpiada qaliblərinə diplom və hədiyyələr təqdim olunub.

Sonda BDU-nun Mədəniyyət-yaradıcılıq Mərkəzinin hazırladığı bədii proqram nümayiş olunub.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026

BDU-nun şəhid məzunu Elşən Salayevin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Elşən Salayevin məzarı ziyarət olunub
12/10/2026

BDU-da “Müəllim-tələbə dialoqu: rəqəmsal alətlər” mövzusunda təlim keçiriləcək

BDU-da “Müəllim-tələbə dialoqu: rəqəmsal alətlər” mövzusunda təlim keçiriləcək
12/10/2026