BDU-da ali təhsil müəssisələrinin rəhbər heyəti və məsul şəxsləri üçün təlim

08/07/2024

Bakı Dövlət Universitetində (BDU) ali təhsil müəssisələrinin rəhbər heyəti və məsul şəxsləri üçün Elm və Təhsil Nazirliyinin Elm və ali təhsil siyasəti şöbəsi tərəfindən “Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi)” qaydaları ilə bağlı təlim keçirilib.

Elm və ali təhsil siyasəti şöbəsinin müdiri Turxan Süleyman şöbənin fəaliyyət istiqamətləri, təlimin məqsədi, Elm və Təhsil Nazirliyinin Kollegiyasının qərarına aid ümumi müddəalar barədə iştirakçılara məlumat verib. Bildirib ki, elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər dövlət başçısı İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanı ilə Elm və Təhsil Nazirliyinə həvalə olunub.

Daha sonra Elm və ali təhsil siyasəti şöbəsinin müdir müavini Nərgiz Qədirxanova “Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi)” qaydaları ilə bağlı müvafiq təlimatları təlim iştirakçılarına çatdırıb.

Sonda Elm və təhsil siyasəti şöbəsi, Təhsildə Keyfiyyət Təminatı Agentliyi və Elm və Ali Təhsil Agentliyinin əməkdaşları ali təhsil müəssisələrinin rəhbər heyətinin və məsul şəxslərinin qaydalarla bağlı suallarını cavablandırıb, təklif və tövsiyələrini dinləyiblər.

Qeyd edilib ki, Elm və təhsil siyasəti şöbəsi tərəfindən təlimlər davam etdiriləcək.

Xəbərlər

BDU “THE Sustainability Impact Ratings 2026” reytinqində ilk dəfə qlobal TOP 200-də qərarlaşdı

BDU “THE Sustainability Impact Ratings 2026” reytinqində ilk dəfə qlobal TOP 200-də qərarlaşdı
24/06/2026

BDU-nun magistratura səviyyəsində 42 yeni ixtisaslaşma açılacaq

BDU-nun magistratura səviyyəsində 42 yeni ixtisaslaşma açılacaq
23/06/2026

BDU-nun “Azərbaycan hüquq jurnalı” daha bir beynəlxalq elmi indeks bazasına daxil edilib

BDU-nun “Azərbaycan hüquq jurnalı” daha bir beynəlxalq elmi indeks bazasına daxil edilib
23/06/2026