BDU-da “Ali təhsildə keyfiyyət təminatı sistemi” mövzusunda təlimlərə başlanılıb

06/05/2025

Bakı Dövlət Universiteti (BDU) ilə Türkiyənin Kırşehir Ahi Evran Universiteti arasında əməkdaşlıq haqqında anlaşma memorandumu çərçivəsində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi və BDU-nun Keyfiyyət Təminatı Mərkəzinin təşkilatçılığı ilə “Ali təhsildə keyfiyyət təminatı sistemi” mövzusunda dörd günlük təlimlərə başlanılıb.

Təlim proqramı Kırşehir Ahi Evran Universitetinin təcrübəli ekspertləri tərəfindən həyata keçirilir. Proqramda BDU ilə yanaşı, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Xəzər Universiteti və Gəncə Dövlət Universitetinin nümayəndələri də iştirak edir.

Təlimin açılışında BDU rektorunun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov universitetlərdə effektiv və dayanıqlı keyfiyyət təminatı sistemlərinin qurulmasının əhəmiyyətini vurğulayaraq, bu istiqamətdə beynəlxalq əməkdaşlığın önəmini qeyd edib.

Daha sonra çıxış edən Kırşehir Ahi Evran Universitetinin prorektoru Hüseyn Şimşek təlimin məqsəd və hədəfləri barədə ətraflı məlumat verib, Azərbaycan və Türkiyə arasında ali təhsil sahəsində qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətini diqqətə çatdırıb.

Bu təşəbbüs Azərbaycan və Türkiyə arasında ali təhsil sahəsində strateji əməkdaşlığın möhkəmləndirilməsinə, keyfiyyət təminatı sahəsində davamlı inkişaf və təcrübə mübadiləsinin təşviqinə mühüm töhfə verəcək.

Xəbərlər

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda
08/09/2026

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub
07/09/2026