BDU-da “Ali təhsilin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində rolu” mövzusunda görüş

29/12/2025

Bakı Dövlət Universitetində (BDU) “BDU könüllüləri” təşkilatının təşəbbüsü ilə “Urban Talks” layihəsi çərçivəsində “Ali təhsilin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində rolu” mövzusunda görüş keçirilib.

Görüşdə BDU rektorunun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) mahiyyəti, bu məqsədlər çərçivəsində müəyyən edilmiş əsas hədəflər və indikatorlar haqqında ətraflı məlumat verib. Eyni zamanda ali təhsil müəssisələrinin DİM-lərin icrasında oynadığı rol, universitetlərdə bu istiqamətdə həyata keçirilən akademik, tədqiqat və institusional fəaliyyətlər, eləcə də bu fəaliyyətlərin qiymətləndirilməsi mexanizmləri diqqətə çatdırılıb. Çıxışda universitetlərin DİM-lər üzrə fəaliyyətlərinin beynəlxalq reytinq siyahılarının (xüsusilə dayanıqlılıq yönümlü reytinqlərin) formalaşmasına təsiri, BDU-nun bu reytinqlərdə mövqeyi, mövcud təcrübələr və gələcək planlar barədə də məlumat verilib.

Qeyd edək ki, “BDU könüllüləri” təşkilatının təşəbbüsü ilə həyata keçirilən “Urban Talks” layihəsi şəhərsalmadan dayanıqlı inkişafa qədər müxtəlif mövzuların müzakirə olunduğu interaktiv platformadır. Layihə çərçivəsində ekspertlərlə görüşlər, qeyri-ənənəvi və yaradıcı tədris sessiyaları, şəhər planlaşdırılması üzrə simulyasiyalar təşkil olunur. BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13)  ilə bağlı tələbələrin bilik və iştirakının artırılması da əsas hədəflərdəndir. “Urban Talks” layihəsi tələbələrə müasir urbanistik yanaşmalarla yaxından tanış olmaq və təcrübə qazanmaq imkanı yaradır.

Xəbərlər

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü
27/10/2026

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb
27/10/2026

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir
27/10/2026