BDU-da alınmış nəticələr kənd təssərrüfatı üçün yeni tip nano-gübrələrin hazırlanmasına imkan verir

31/05/2021

Bakı Dövlət Universitetinin Nanoaraşdırmalar Elmi-Tədqiqat Mərkəzində metal əsaslı nanohissəciklərin “yaşıl sintezi” metodları işlənmiş,  nanohissəciklərin dənli bitkilərin və eləcə də pambıq bitkisinin inkişafına təsiri öyrənilmişdir. Müəyyən edilmişdir ki, bitkilərin toxumlarını nanohissəciklərlə işlədikdə toxumların suudma qabiliyyəti, cücərmə faizi, cücərtilərin böyümə intensivliyi, cücərtilərdə piqment tərkibi və mühüm fermentlərin aktivliyi ciddi dəyişikliklərə məruz qalır. Nanohissəciklər tərkibindən, konsentrasiyasından, forma və ölçülərindən asılı olaraq  bitkilərin inkişafına stimullaşdırıcı təsir edir və onların stress amillərə (məsələn, duzadavamlılığına, infeksiyalara) qarşı müqavimətini artırır. Fe və Al nanohissəcikləri birləpəli və ikiləbəli bitkilərin inkişafını sürətləndirir, pambıq bitkisinin duzadavamlılığını artırır. Nanohissəsiklərin tətbiqi dənli bitkilərin və eləcə də pambığın şoran torpaqlarda yetişdirilməsinə və məhsul verməsinə imkan verir. Nəticələr kənd təssərrüfatı üçün yeni tip nano-gübrələrin hazırlanmasına imkan verir.

Xəbərlər

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
12/11/2026

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar
11/11/2026

Almaniyanın ENAMEC İnstitutunun professoru BDU-da mühazirə deyib

Almaniyanın ENAMEC İnstitutunun professoru BDU-da mühazirə deyib
11/11/2026