BDU-da Altsheymer xəstəliyinə qarşı dərman preparatlarının hazırlanması üzrə tədqiqatlar davam edir

06/09/2022

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Neft kimyası və kimya texnologiyası kafedrasının müdiri, professor İbrahim Məmmədov, Üzvi kimya kafedrasının “Zərif üzvi sintez” elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçiləri  Fərid Nağıyev və Rizvan Əskərovun həmmüəllifi olduqları “İzatiliden malononitrillər əsasında funksional əvəzlənmiş pirimidin və piran törəmələrinin sintezi və bioloji aktivliyi” adlı məqalə "Web of Science" elmmetrik bazasında Q2 kvartil kateqoriyalı jurnallar siyahısına daxil olan (IF: 2.307) "ChemistrySelect" jurnalında çap olunub: https://doi.org/10.1002/slct.202202006

İşdə yeni sintez olunan maddələrin bir çox xəstəliklərin törədicisi olan enzimlərə qarşı inhibitor kimi xassələri tədqiq olunub. Dərmanların bir qrupu asetilxolinesteraz (AChE) inhibitorlarıdır ki, onlardan Altsheymer xəstəliyinə qarşı geniş istifadə olunur.  
Tədqiqatlarda istifadə olunan pirimidin və piran törəmələrinin AchE, butirilxolinesteraz (BChE) və α-glükosidaz (AG) enzimlərinə qarşı yüksək inhibitor effekti göstərməsi müəyyən edilib. Araşdırmalarda istifadə  olunan beş maddədən ikisinin (9 və 4a) anti-AchE, ikisinin (6 və 4b) anti-BchE, ikisinin (4a və 10) isə anti-AG effektləri aşkar olunub.   
Beləliklə də, sınaqdan keçirilən birləşmələrin dərman maddəsi kimi potensial tətbiqə malik olması müəyyən edilib.

Xəbərlər

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib
23/10/2026

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim
23/10/2026

BDU-da “PEŞƏkar söhbətlər” layihəsinə start verilir

BDU-da “PEŞƏkar söhbətlər” layihəsinə start verilir
23/10/2026