BDU-da antibiotiklərə qarşı yeni izolyatların alınması ilə bağlı tədqiqatlar aparılır

01/04/2024

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Mikrobiologiya və virusologiya elmi-tədqiqat laboratoriyasının müdiri, professor  Xudaverdi Qənbərovun həmmüəllifi olduğu “Helicobacter pylori bakteriyasının kliniki izolyatlarında bioplyonka yaranmasına və antibiotiklərə davamlılığa gətirən KMİQPT- bənzər ardıcıllıqlar” (“CRISPR-like sequences association with antibiotic resistance and biofilm formation in Helicobacter pylori clinical isolates”) adlı məqalə “Web of Science” bazasında Q1 kvartilli jurnallar siyahısına daxil olan “Heliyon”  (IF: 3.776) jurnalında dərc olunub.

https://doi.org/10.1016/j.heliyon.2024.e26809

Klasterləşmiş müntəzəm intervallı qısa palindromlu təkrarlara (KMİQPT) bənzər ardıcıllıqların antibiotiklərə davamlılıqda və bioplyonkanın yaranmasında rolu demək olar ki, aydın deyildi. Bu məqsədlə, BDU-nun tədqiqatçıları tərəfindən Helicobacter pylori bakteriyasının kliniki izolyatlarında bioplyonka yaranmasına və antibiotiklərə davamlılığa səbəb ola bilən KMİQPT-yə bənzər ardıcıllıqlar öyrənilib. Belə ki, Helicobacter pylori bakteriyasının 36 izolyatı alınıb, KMİQPT-yə bənzər ardıcıllıqlar PZR metodu ilə tədqiq edilib, bu ardıcıllıqların bioplyonkanın əmələ gəlməsi və antibiotiklərə davamlılıqla əlaqəsi öyrənilib. Bu izolyatların mikrotitrləmə metodu ilə amoksisillin, tetrasiklin, metronidazol və klaritromisin antibiotiklərinə qarşı davamlılığı və bioplyonka əmələ gətirməsi analiz edilib. KMİQPT-yə pozitiv olan 23 izolyatdan 19-u və KMİQPT-yə neqativ olan 13 izolyatdan 7-si bioplyonka əmələ gətirib. KMİQPT-yə pozitiv izolyatların 48%-i amoksisillin, 78%-i tetrasikllin və metroindazol, 100%-i klaritromisin antibiotiklərinə qarşı rezistent olub.

Beləliklə, müəyyən edilib ki, KMİQPT-yə bənzər ardıcıllıqlar antibiotiklərə qarşı davamlılıqda rol oynayır və antibiotiklərə davamlılığın genetik markerləri kimi istifadə oluna bilər. Lakin bu bakteriyalarda KMİQPT-yə bənzər ardıcıllıqların olması ilə bioplyonkanın əmələ gəlməsi arasında korrelyasiya müşahidə olunmayıb.

Xəbərlər

Azərbaycan şərqşünaslığının görkəmli siması - Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığının görkəmli siması - Aida İmanquliyeva
10/10/2024

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın 10-12-də güclü geomaqnit qasırğası baş verəcək”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın 10-12-də güclü geomaqnit qasırğası baş verəcək”
10/10/2024

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Kosmosda evimiz - Günəş sistemini kəşf edək” mövzusunda öyrədici seminar

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Kosmosda evimiz - Günəş sistemini kəşf edək” mövzusunda öyrədici seminar
10/10/2024