BDU-da açıq forum: “Özündən başla, bu gün könüllü ol!”

22/05/2024

Bakı Dövlət Universitetinin (BDU) 105 və “BDU könüllüləri” təşkilatının 5 illik yubileyləri münasibəti ilə təşkil edilən “Könüllülük həftəsi” çərçivəsində Azərbaycan könüllülərinin iştirakıyla “Özündən başla, bu gün könüllü ol!” adlı açıq forum keçirilib.

“BDU könüllüləri” təşkilatının sədri Nərmin Heydərova təşkilatın fəaliyyəti, missiyası,  altproqramlar haqqında məlumat verib, son 3 ilin müqayisəli statistikasını təqdim edib. Qeyd edib ki, “Könüllülük həftəsi” çərçivəsində tələbələr üçün intellektual və əyləncəli yarışlar, simulyasiya, poeziya gecəsi, idman oyunları, müxtəlif muzeylərə ekskursiyalar təşkil olunacaq.

Gənclər Fondunun Daxili nəzarət və monitorinq şöbəsinin müdiri Çingiz Əsgərli BDU kollektivini və tələbələri əlamətdar yubileylər münasibətilə təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb. O, Gənclər Fondunun fəaliyyəti, gənclər üçün yaradılan imkanlar, qrant müsabiqələri barədə məlumat verib, tələbə-könüllüləri Fond tərəfindən həyata keçirilən layihələrdə fəal olmağa çağırıb.

“Mədəniyyət Könüllüləri” İctimai Birliyinin sədri Ülviyyə Bəbirli Birliyin fəaliyyət istiqamətləri, gənclərin şəxsi inkişafına yönələn tədbir və layihələr haqqında danışıb. Bildirib ki, könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir.

"DOST" Agentliyinin Könüllülərlə iş şöbəsinin əməkdaşı Fərid Teleyev gənclərin “Könüllü DOST” proqramı ərzində əldə etdikləri bilik və bacarıqlar haqqında danışıb.

Forumda “Bir Könüllü”, “ASAN Könüllüləri”, “Könüllü DOST”, “Könüllü Gömrükçü”, “SOCAR Könüllüləri”, “Ailəm könüllüləri”, “Ekokönüllü”, “Fövqəladə Hallar Könüllüləri” təşkilatlarının üzvləri də iştirak ediblər.

Forum açıq müzakirələr formatında sualların cavablandırılması ilə davam edib.

Xəbərlər

Bakı Dövlət Universiteti WUF13 çərçivəsində keçirilən “Urban Expo” sərgisində təmsil olunur

Bakı Dövlət Universiteti WUF13 çərçivəsində keçirilən “Urban Expo” sərgisində təmsil olunur
18/05/2026

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin tələbələri BDU-da

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin tələbələri BDU-da
18/05/2026

BDU-da “ASAN müraciət” informasiya sistemi barədə infosessiya

BDU-da “ASAN müraciət” informasiya sistemi barədə infosessiya
18/05/2026