BDU-da Aşıq Ələsgərin 200 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər keçiriləcək

05/08/2021

2021-ci ildə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyi tamam olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi ilə bağlı 18 fevral 2021-ci il tarixli Sərəncamına uyğun olaraq Bakı Dövlət Universitetində bu istiqamətdə Tədbirlər Planı işlənib hazırlanmışdır. Tədbirlər  Planına müvafiq olaraq aşıq poeziyasını zirvələrə yüksəltmiş böyük söz ustadı Aşıq Ələsgərin zəngin poetik irsinin geniş tədqiqi və geniş təbliği  istiqamətində BDU-da, BDU-nun Qazax filalı, BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollec və BDU-nun nəzdində “Gənc istedadlar” liseyində elmi konfrans, seminar, dəyirmi masa, sərgi və s. tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Xəbərlər

BDU-nun “THE World University Rankings 2027”də mövqeyi yüksəlib

BDU-nun “THE World University Rankings 2027”də mövqeyi yüksəlib
30/09/2026

BDU-da Ümumdünya Ürək Günü ilə bağlı maarifləndirici sessiya

BDU-da Ümumdünya Ürək Günü ilə bağlı maarifləndirici sessiya
29/09/2026

BDU-da “Gənclər Dayanıqlı İnkişaf Məqsədləri naminə” Gənclərin III Şəbəkələşmə Forumu keçirilib

BDU-da “Gənclər Dayanıqlı İnkişaf Məqsədləri naminə” Gənclərin III Şəbəkələşmə Forumu keçirilib
29/09/2026