BDU-da “Art terapiya” təlimi

22/05/2025

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) dəstəyi ilə II kurs tələbəsi Fatimə Sadıqzadənin “Art terapiya” adlı təlimi keçirilib.

Əvvəlcə iştirakçılara art terapiya barədə məlumat verilib. Qeyd olunub ki, art terapiya müxtəlif incəsənət və yaradıcılıq sahələrinin müalicə və reabilitasiya məqsədilə istifadə olunmasıdır. Bu üsul insanlara özlərini bədii şəkildə ifadə etmə imkanı verməklə yanaşı, zehni (koqnitiv) və emosional bacarıqlar üzərində də müsbət dəyişikliklər edə bilir. Bu baxımdan art terapiya incəsənətin sistemli şəkildə tətbiq olunması ilə aparılan terapevtik bir metoddur.

Gil vasitəsilə əl işləri hazırlamaq üzrə ixtisaslaşmış Fatimə Sadıqzadə bu sahədəki bilik və bacarığını iştirakçılarla bölüşüb. Təlim boyunca o, gil sənətinin incəliklərini nümayiş etdirib, iştirakçıların fərdi yaradıcılıq potensialını üzə çıxarmağa kömək edib.  Açıq havada keçirilən tədbirə müxtəlif fakültələrdən olan müəllim və tələbələr qoşulub. Hazırlanan əl işlərindən ibarət sərgi təşkil olunub.

Tədbirdə Biologiya fakültəsinin I kurs tələbəsi Hacıalı Mirismayıl canlı musiqi ifa edib.

Xəbərlər

BDU “Round University Ranking” reytinqində 189 pillə irəliləyərək, Azərbaycanda lider mövqeyini qoruyub

BDU “Round University Ranking” reytinqində 189 pillə irəliləyərək, Azərbaycanda lider mövqeyini qoruyub
09/06/2026

BDU-nun Biologiya fakültəsinin tələbələri Qubada çöl-tədris təcrübəsində

BDU-nun Biologiya fakültəsinin tələbələri Qubada çöl-tədris təcrübəsində
09/06/2026

Misirin Azərbaycandakı səfiri BDU-da

Misirin Azərbaycandakı səfiri BDU-da
09/06/2026