BDU-da arxeologiyada fiziki-kimyəvi analiz metodlarına dair elmi seminar

07/05/2026

Bakı Dövlət Universitetinin (BDU) Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə “Arxeologiyada mütləq tarixləndirmə və fiziki-kimyəvi analiz metodları” mövzusunda elmi seminar keçirilib.

Seminarda məruzəçi qismində Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun elmi işçisi Aybəniz Əhədova çıxış edib. Məruzədə arxeologiyada istifadə olunan müasir tarixləndirmə üsulları, xüsusilə radiokarbon analizi və digər fiziki-kimyəvi metodların tətbiqi imkanları təqdim olunub.

Seminarda arxeoloji materialların dəqiq xronoloji çərçivəyə salınmasının əhəmiyyəti vurğulanıb, analiz prosesində tətbiq olunan müasir texnologiyalar və onların nəticələrinin interpretasiyası ilə bağlı mühüm məqamlar iştirakçıların diqqətinə çatdırılıb.

Seminar çərçivəsində nəzəri biliklərlə yanaşı, praktiki tətbiqlər və metodların üstünlükləri müzakirə olunub, iştirakçıların sualları cavablandırılıb.

Tədbir tələbələr, gənc tədqiqatçılar və sahə üzrə mütəxəssislər tərəfindən böyük maraqla qarşılanıb və interaktiv müzakirələrlə davam edib.

 

Xəbərlər

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək
02/10/2026

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın 6-10-da Drakonid meteor yağışı olacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın 6-10-da Drakonid meteor yağışı olacaq”
01/10/2026

BDU alimlərinin 3 layihəsi Azərbaycan Elm Fondunun 2026-cı il üzrə əsas qrant müsabiqəsinin qalibi olub

BDU alimlərinin 3 layihəsi Azərbaycan Elm Fondunun 2026-cı il üzrə əsas qrant müsabiqəsinin qalibi olub
01/10/2026