BDU-da astronomik müşahidə günləri keçiriləcək

22/07/2024

Avqustun 1-3-də Bakı Dövlət Universitetində (BDU) “Sky Observation Festival 2024” (SOF 2024) layihəsi çərçivəsində astronomik müşahidə günləri keçiriləcək.

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihənin məqsədi tələbələrin astronomiyaya marağını artırmaq, onları bu sahədə dünyada aparılan müasir tədqiqatlar və istifadə olunan yüksək texnologiyalarla tanış etməkdir.

Açıq formatda keçiriləcək festivalın digər məqsədi isə maraqlananları göy cisimləri ilə tanış etmək, müxtəlif mövzular ətrafında müzakirələr aparmaq, elmi-kütləvi tədbirlər keçirməkdir.

“SOF 2024” festivalı çərçivəsində BDU tələbələri arasında “Astronomy Quiz” müsabiqəsi keçiriləcək. Müsabiqə haqqında ətraflı məlumat almaq və ona qatılmaq üçün aşağıdakı linkə daxil olmaq lazımdır: https://docs.google.com/forms/d/1E0oCZ9xyfP89enCIsMjw1qGa2-BpjkzcCZrw0-VjESw/edit

 

Xəbərlər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026

BDU tələbələri Pekin Kimya Texnologiyası Universitetində keçirilən mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər

BDU tələbələri Pekin Kimya Texnologiyası Universitetində keçirilən mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər
13/11/2026