BDU-da Atatürkü anma, Gənclik və İdman Bayramı qeyd edilib

18/05/2012

Bu gün Bakı Dövlət Universitetində Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkü anma, Gənclik və İdman Bayramı qeyd edilib. Bayram M.Kamal Atatürkün 1919-cu il mayın 19-da silahdaşları ilə birlikdə Samsun səfərinə, yadelli işğalçılara qarşı müqavimət hərəkatına başçılıq etməsinə həsr olunub. Ümummilli lider Heydər Əliyevin və Mustafa Kamal Atatürkün xatirələri bir dəqiqəlik sükutla yad edildikdən sonra hər iki ölkənin dövlət himnləri səslənib. Tədbiri giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov bu günü böyük tarixi bayram adlandırıb, Atatürkün Türkiyə həyatında oynadığı roldan, əbədiyaşar ideyalarından bəhs edib. Azərbaycan-Türkiyə münasibətlərindən, bu əlaqələrin dostluq, qardaşlıq, tərəfdaşlıq zəminində inkişafından danışan Abel Məhərrəmov Türkiyədə də Ümummilli lider Heydər Əliyevin anım günlərinin keçirildiyini, Türkiyənin müxtəlif şəhərlərində onun abidələrinin ucaldığını qeyd edib. Akademik eyni zamanda, türk dünyasının parlaq gələcəyinə inandığını bildirərək ötən il Avrovizion yarışmasında qalib gələn Eldar və Nigarın səhnəyə Türkiyə və Azərbaycan bayraqları ilə çıxmasının Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələrinin sarsılmaz olduğunu göstərdiyini qeyd edib.

Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıc isə ölkəsinin tarixindən, inkişaf mərhələlərindən, regionda nüfuzundan, dünya siyasətinə təsirindən, beynəlxalq təşkilatlarla işbirliyindən, onun səlahiyyətli qurumlarında təmsilçiliyindən bəhs edib. Tədbirdə Türkiyə səfirliyinin təhsil müşaviri Halis Koyuncuoğlu da çıxış edib.

Tədbirdə maraqlı konsert proqramı da nümayiş olunub.

BDU-nun Mətbuat və informasiya şöbəsi, 18 may 2012-ci il.

Xəbərlər

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
09/10/2026