BDU-da "Autizm Spektr Pozuntuları" mövzusunda seminar keçirilib

01/03/2018

Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya  fakültəsində ABŞ Dövlət Təhsil və Mədəniyyət Departamentinin Alim və elmi işçilər üçün nəzərdə tutulan Fulbright proqramı çərçivəsində Georgetown Universitetinin professoru Toby Long təlimlərə başlayıb. Eyni zamanda Georgetown Universitetinin Uşaq İnkişafı Mərkəzinin Tədris direktoru, Erkən müdaxilə üzrə məzun sertifikatı proqramının rəhbəri olan Toby Long "Autizm Spektr Pozuntuları" mövzusundakı mühazirəsində etioloji, diaqnostik meyar, müayinə və diaqnoz, dəlillərə əsasən təcrübələr barədə fikirlərini açıqlayıb. Seminarda 40-a yaxın yerli və xarici təşkilatın nümayəndəsi, həmçinin 200-ə yaxın mütəxəssis iştirak edib.

Qeyd edək ki, martın 6-da baş tutacaq növbəti təlim-seminarda uşaqlarda inkişaf ləngimələri müzakirə olunacaq. Belə ki, məruzəçi inkişaf ləngiməsi olan uşaqların tələbatlarının müəyyən olunması, davranış pozuntuları, əqli gerilik və inkişaf ləngiməsi, kiçik yaşlı uşaqların zehni sağlamlığı, hiperaktivlik və diqqət yayınlığı ilə fikirlərini bölüşəcək.

Xatırladaq ki, təlimdə iştirak üçün qeydiyyat tələb olunur.

Mətbuat və informasiya şöbəsi, 01 mart 2018-ci il.


Xəbərlər

BDU-da süni intellektin təhsildə tətbiqi müzakirə olunub

BDU-da süni intellektin təhsildə tətbiqi müzakirə olunub
17/09/2026

BDU-nun 4 tələbəsi Küveytdə ərəb dili üzrə təhsil proqramını uğurla başa vurub

BDU-nun 4 tələbəsi Küveytdə ərəb dili üzrə təhsil proqramını uğurla başa vurub
17/09/2026

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur
16/09/2026