BDU-da avropalı ekspertlərlə TVINNINQ layihəsi çərçivəsində görüş keçirilib

17/05/2018

Bakı Dövlət Universitetində “Azərbaycanda ali təhsil sisteminin gücləndirilməsinə dəstək” adlı yeni TVINNINQ layihəsi çərçivəsində avropalı ekspertlərlə görüş keçirilib.

Görüşdə layihənin ümumi koordinatoru Elizaveta Baydanova, Fransa üzrə layihə rəhbəri Bruno Curvale,  litvalı ekspert İnqa Juknyte-Petreikiene, latviyalı ekspert Gunta Kinta və fransalı ekspert Jean-Luc Lamboley iştirak ediblər.

Elm və innovasiyalar üzrə prorektor, professor Aydın Kazımzadə universitetin son illər təhsil və elm sahəsində qazandığı nailiyyətlər, o cümlədən TVINNINQ layihəsi çərçivəsində həyata keçirilən təlimlər barədə danışıb. Sonra  Fransa üzrə layihə rəhbəri Bruno Curvale  yeni layihə barədə məlumat verərək bu layihənin təhsildə kompetensiyalara əsaslanan yanaşma metodunu dəstəklədiyini qeyd edib.

Müzakirələr zamanı layihənin Azərbaycanın ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanına inteqrasiya yolu ilə daha da inkişaf etdirilməsindəki rolu, həmçinin BDU-da təhsilin keyfiyyətinin təmin olunması ilə bağlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Mətbuat və informasiya şöbəsi, 17 may 2018-ci il

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”
04/09/2026

BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda

BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda
04/09/2026

BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"

BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"
04/09/2026