BDU-da “Azərbaycan” auditoriyası açılıb

08/05/2026

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində “Azərbaycan” auditoriyası açılıb.

Açılış mərasimində çıxış edən BDU rektoru Elçin Babayev Ulu Öndər, BDU-nun Tarix fakültəsinin dünya şöhrətli məzunu Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ərəfəsində belə auditoriyanın açılmasının onun əziz xatirəsinə böyük ehtiram olduğunu bildirib. O qeyd edib ki, Ulu Öndərin bütün həyatı, zəngin fəaliyyəti Azərbaycanın inkişafına, güclənməsinə həsr olunub. O, doğma Vətənini, xalqını canından çox sevib. Buna görə də yeni auditoriyanın “Azərbaycan” adlandırılması həm də rəmzi məna daşıyır.

Rektor Elçin Babayev BDU ilə yaşıd olan Tarix fakültəsinin öz uğurlu məzunları ilə daim seçildiyini, yüksəkixtisaslı kadrların hazırlanması üçün hər bir şəraitin yaradıldığını diqqətə çatdırıb. O, “Azərbaycan” auditoriyasının da tədris prosesinə yeni ab-hava gətirəcəyinə, burada müxtəlif görüşlərin, seminarların, ustad dərslərinin təşkil olunacağına, BDU məzunlarının uğur hekayələrinin dinləniləcəyinə əminliyini bildirib.

Auditoriyada ilk mühazirəni Milli Məclis sədrinin müavini, BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının professoru Musa Qasımlı deyib. O, Azərbaycanın zəngin və qədim dövlətçilik tarixinin olduğunu, bu tarixin öyrənilməsi və gələcək nəsillərə çatdırılması üçün gənc tarixçilərin üzərinə mühüm məsuliyyət düşdüyünü vurğulayıb. Daha sonra Azərbaycan dövlətçiliyinin son 200 ildə keçdiyi inkişaf yoluna nəzər salan professor ölkəmizin nail olduğu tarixi Zəfərin iki tarixi şəxsiyyətin həyatı və fəaliyyəti ilə bağlı olduğunu qeyd edib: “Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyəti göstərir ki, sabitlik, güclü dövlət və qüdrətli dövlət rəhbəri Azərbaycan xalqının başlıca hədəflərinə çatmasının təməlini təşkil edir”.

 

Xəbərlər

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”
09/09/2026

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda
08/09/2026

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026