BDU-da “Azərbaycan dilinin qorunmasında medianın rolu və vəzifələri” respublika elmi konfransı keçirilib

23/04/2021

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin təşkilatçılığı ilə “Azərbaycan dilinin qorunmasında medianın rolu və vəzifələri” mövzusunda Respublika onlayn elmi konfransı keçirilib. Konfransda professor-müəllim heyəti, doktorantlar və magistrantlar, respublikanın tanınmış media rəhbərləri iştirak ediblər.

BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev çıxış edərək müstəqillik dövründə ana dilimizin öz inkişafının yeni mərhələsinə qədəm qoyduğunu bildirmişdir. Qeyd etmişdir ki, milli dövlətçiliyin başlıca rəmzlərindən biri kimi sözün həqiqi mənasında dövlət dili sta­tusu qazanmışdır. Bu siyasətin əsası hələ ötən əsrin 60-cı illərindən qoyulmuşdur. Ulu Öndər Heydər Əliyevin Bakı Dövlət Universitetinin 50 illik yubileyində Azərbaycan dilində çıxışı ana dilimizin dövlət əhəmiyyətli tədbirlərinə yol açmağı və kürsü dili səviyyəsinə qalxması ilə nəticələnmişdir. Ulu Öndər Heydər Əliyev dövlət dili ilə bağlı bir sıra mühüm fərman və sərəncamları dil siyasətinə mühüm töhfə vermişdir. Ə.Ağamirzəyev bildirmişdir ki, dövlətimizin dil siyasəti bü gün də uğurla davam etdirilir. Ölkə başçısının “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli Fərmanı dövlət dili istiqamətində ardıcıl olaraq aparılan məqsədyönlü siyasətin məntiqi davamı, dilimizə dövlət səviyyəsində göstərilən qayğının daha bir nümunəsidir.

BDU-da Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi məqsədilə Tədbirlər Planı hazırlandığını və bu istiqamətdə tədbirlər görüldüyünü diqqətə çatdırmışdır.

Konfransda Multimedia və elektron kommunikasiya kafedrasının professoru Qulu Məhərrəmli, “525-ci qəzet” in baş redaktoru Rəşad Məcid, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli, “Xalq” qəzetinin əməkdaşı Namiq Məmmədov,  Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri Cahangir Məmmədli, Multimedia və elektron kommunikasiya kafedrasının müdiri Allahverdi Məmmədli, Beynəlxalq jurnalistka və informasiya siyasəti kafedrasının müdiri Həmid Vəliyev və professor Nəsir Əhmədli çıxış edərək ana dilimizin təmizliyinin qorunmasında medianın rolu barədə geniş məlumat vermiş, kütləvi informasiya vasitələrinin qarşısında duran vəzifələr haqqında bəhs etmişlər.

Xəbərlər

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib
25/04/2024

BDU-nun Filologiya fakültəsində tanınmış yazıçı-jurnalist Varis Yolçuyevlə görüş

BDU-nun Filologiya fakültəsində tanınmış yazıçı-jurnalist Varis Yolçuyevlə görüş
25/04/2024

BDU və Çinin Hefei Texnologiya Universiteti arasında əməkdaşlığın gücləndirilməsi müzakirə edilib

BDU və Çinin Hefei Texnologiya Universiteti arasında əməkdaşlığın gücləndirilməsi müzakirə edilib
25/04/2024