BDU-da “Azərbaycan filoloji fikri çağdaş tədqiqatlarda” mövzusunda Respublika elmi konfransı keçirilib

16/05/2025

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Azərbaycan filoloji fikri çağdaş tədqiqatlarda” mövzusunda Respublika elmi konfransı keçirilib.

Filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədov Ulu Öndər Heydər Əliyevin millət və dövlət quruculuğu sahəsində həyata keçirdiyi misilsiz addımlardan, banisi olduğu azərbaycançılıq ideologiyasından, Azərbaycan dili və ədəbiyyatının inkişafına verdiyi əvəzolunmaz töhfələrdən danışıb. Bildirib ki, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdə görkəmli ədəbi şəxsiyyətlərin yubileyləri qeyd edilib, ədəbiyyat və mədəniyyət xadimləri yüksək qayğı ilə əhatə olunub, dövlət dilinin qorunması və təbliği istiqamətində tarixi əhəmiyyət daşıyan fərman və sərəncamlar imzalanıb. Ulu Öndərin irsinin layiqli davamçısı Prezident İlham Əliyev bu şərəfli missiyanı uğurla davam etdirir, xüsusilə Qarabağda ədəbi-mədəni mühitin yenidən dirçəldilməsi yönündə mühüm addımlar atır.

Filologiya fakültəsinin elmi işlər üzrə dekan müavini Mehriban Əlizadə bildirib ki, konfransa ölkənin müxtəlif elm və ali təhsil müəssisələrindən çox sayda iştirakçı müraciət edib, onlardan 150-dək müəllifin məqaləsi qəbul edilib.

Konfransın plenar iclasında BDU-nun Şərqşünaslıq fakültəsinin dosenti Əsmətxanım Məmmədova “Ulu Öndər - xoş gələcəyə hesablanmış addımlar”, professor Nübar Muxtarova “Azərbaycanın vətənpərvərlik rəmzi olan Ümummilli Lider Heydər Əliyev mənim həyatımda şərəfli yer tutur”, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, Əməkdar müəllim Bilal Həsənli “Ulu Öndər Heydər Əliyevin məqsədyönlü milli ədəbiyyatın inkişafı siyasəti”, BDU-nun Filologiya fakültəsinin tələbəsi Vüsalə Rizvanova “Dil və liderlik: Heydər Əliyevin ifadə estetikası” adlı məruzələrlə çıxış ediblər.

Konfrans öz işini 3 istiqamət üzrə 8 bölmədə davam etdirib.

Xəbərlər

Milli Gimnastika Arenasında BDU-nun möhtəşəm Məzun Günü

Milli Gimnastika Arenasında BDU-nun möhtəşəm Məzun Günü
13/06/2026

BDU-da 2025/2026-cı tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

BDU-da 2025/2026-cı tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb
13/06/2026

"Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” V gənclər düşərgəsinin açılışı olub

"Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” V gənclər düşərgəsinin açılışı olub
13/06/2026