BDU-da Azərbaycan Gənclər Fondunun “İstedadlı tələbələrin təhsil qrantı” layihəsi ilə bağlı görüş

01/11/2022

Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Gənclər Fondunun “İstedadlı tələbələrin təhsil qrantı” layihəsi ilə bağlı görüş keçirilib.

Tədbirdə çıxış edən BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov gənclərə diqqət və qayğının dövlət siyasətinin əsas prioritetlərindən olduğunu bildirib və BDU-da həyata keçirilən sosial layihələrdən danışıb.

Daha sonra BDU-nun Tələbə Gənclər Təşkilatının sədri Ələkbər Həsənov Universitet tələbələrinin Gənclər Fondunun müxtəlif sosial layihələrində fəal iştirak etdiyini qeyd edərək, “İstedadlı tələbələrin təhsil qrantı” layihəsinə də marağın yüksək olduğunu diqqətə çatdırıb.

Azərbaycan Gənclər Fondunun Gənclərlə iş şöbəsinin mütəxəssisi Ülvi Adıgözəlov müsabiqə haqqında tələbələrə geniş məlumat verib. O bildirib ki, Azərbaycan Gənclər Fondu sosial həssas əhali kateqoriyasına aid olan istedadlı gənclərin təhsil xərclərinin qarşılanması üzrə növbəti müsabiqəni elan edib. Müsabiqənin əsas məqsədi təhsilin gənclər üçün daha da əlçatan edilməsi və insan kapitalının inkişafına dəstəyin göstərilməsidir.

Görüş zamanı tələbələrin diqqətinə çatdırılıb ki, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrinə şamil ediləcək müsabiqədən əyani və qiyabi təhsilalma formaları üzrə bakalavr və magistr təhsili alan tələbələr yararlana biləcəklər.

Sonda müsabiqə ilə bağlı tələbələrin sualları cavablandırılıb.

 


Xəbərlər

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
24/10/2026

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib
23/10/2026

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim
23/10/2026