BDU-da “Azərbaycan jurnalistikasında tarixi ənənə və müasir meyillər” adlı elmi-praktik konfrans keçirilib

29/03/2018

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində “Azərbaycan jurnalistikasında tarixi ənənə və müasir meyillər” adlı elmi-praktik konfrans keçirilib. Konfrans iştirakçılarını salamlayan elmi işlər üzrə dekan müavini, dosent Sevinc Əliyeva konfransın Prezident İlham Əliyevin 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında Sərəncamına və BDU-nun rektoru, akademik Abel Məhərrəmovun Jurnalistika fakültəsində "Azərbaycan jurnalistikasında tarixi ənənə və müasir meyillər" adlı elmi-praktik konfransın keçirilməsi ilə bağlı əmrinə uyğun olaraq keçirildiyini bildirib.

Sonra dekan, dosent Vüqar Zifəroğlu Azərbaycan Xalq Cümhuriyyətini  (AXC) Şərq tarixinin ən parlaq səhifələrindən biri kimi dəyərləndirərək konfransın işinə uğurlar arzulayıb.

Mətbuat tarixinin araşdırılmasında misilsiz xidmətləri olan professor Şirməmməd Hüseynov çıxışında AXC-nin yarandığı siyasi şəraitdən danışıb. O, AXC-nin mövcudluğu dövründə həyata keçirilən islahatlardan bəhs edib. Professor 50 ildən artıqdır ki, məhsuldar fəaliyyəti ilə AXC-nin yubileyinə hazırlaşdığını da əlavə edib. Üzeyir bəy Hacıbəylinin “Bu vətən də bizimdir, bu millət də bizimdir, bu dövlət də bizimdir" məşhur sözünü xatırladan  professor onu da bildirib ki, hər birimiz bu yubileyə öz töhfələrimizi verməliyik.

Jurnalistika fakültəsinin professoru Nəsiman Yaqublu “Cümhuriyyət qurucuları” mövzusunda məruzə ilə çıxış edib və yaxın günlərdə “Cümhuriyyət qurucuları” adlı kitabının təqdimatının olacağını diqqətə çatdırıb.

Daha sonra “Jurnalistika” Elmi tədqiqat laboratoriyasının elmi işçisi Samir Mirzəyev “AXC dövründə elm və təhsil”, Televiziya və radio kafedrasının magistrantı Samir Orucov isə “AXC dövründə mübahisəli tarixi ərazilər” mövzusunda məruzələrlə çıxış ediblər.

Sonda milət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov AXC-nin böyük dəyər olduğunu vurğulayaraq, konfrans təşkilatçılarına və iştirakçılarına təşəkkür edib.

Konfransda Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, Azərbaycan Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, Azərbaycan Respublikası Prezidenti Yanında Bilik Fondunun İnformasiya sektorunun rəhbəri Xatirə Hüseynova, Rusiya Elmlər Akademiyasının Ural regional şöbəsinin professoru Aleksey Andreyeviç  də qonaq qismində iştirak ediblər.

Mətbuat və informasiya şöbəsi, 29 mart 2018-ci il.


Xəbərlər

BDU-nun professoru beynəlxalq vebinarda çıxış edib

BDU-nun professoru beynəlxalq vebinarda çıxış edib
16/04/2021

BDU-da “Kitabxanaşünaslığın fəlsəfi amilləri” mövzusunda elmi seminar

BDU-da “Kitabxanaşünaslığın fəlsəfi amilləri” mövzusunda elmi seminar
16/04/2021

BDU-da “Böyük qayıdışın icrasında gənclərin rolu" adlı onlayn tədbir

BDU-da “Böyük qayıdışın icrasında gənclərin rolu" adlı onlayn tədbir
16/04/2021