BDU-da Azərbaycan tarixşünaslığının inkişaf istiqamətləri müzakirə olunub

23/02/2021

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində "Azərbaycan tarixşünaslığının inkişaf istiqamətləri" mövzusunda onlayn elmi seminar keçirilib. Elmi seminarda Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, professor Anar İsgəndərov "Azərbaycan tarixşünaslığının inkişaf istiqamətləri" mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi Abbasqulu  Ağa Bakıxanovun “Gülüstani-İrəm” əsəri ilə əsası qoyullmuş Azərbaycan tarixşünaslıq elminin aktual məsələlərinə toxunaraq, tarixin müxtəlf dövrlərində,  müstəqil Azərbaycan xanlıqları, o cümlədən Qarabağ xanlığı ilə bağlı yazılan əsərlərin tarixşünaslıq baxımında bir çox məsələlərdə öz aktuallığını saxladığı qeyd olunub. Tarixi mənbə olaraq Qarabağnamələrin, Kürəkçay müqaviləsinin və s. əhəmiyyətindən bəhs edilib. Sovet rəhbərliyinin dəstəyi ilə Azərbaycan SSR-nin tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətini yaradılmasının erməni tarixçilərinə növbəti dəfə bu bölgənin tarixinin saxtalaşdırılmasına şərait yaratdığı xüsusi vurğulanıb. Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra Azərbaycan-Ermənistan münasibətlərində Qarabağ məsələsinin yenidən gündəmə gəlməsi ilə Azərbaycan tarixçiləri ilk dəfə bu problemlə bağlı mövcud mənbələri elmi dövriyyəyə cəlb etməyə nail olublar.

Xəbərlər

BDU və Mədəniyyət Nazirliyinin birgə təşəbbüsü ilə yaradılan “Mədəniyyət hüququ” ixtisaslaşmasının ilk buraxılışı olub

BDU və Mədəniyyət Nazirliyinin birgə təşəbbüsü ilə yaradılan “Mədəniyyət hüququ” ixtisaslaşmasının ilk buraxılışı olub
09/07/2026

Bu il BDU-nun SABAH qruplarını 493 məzun bitirir

Bu il BDU-nun SABAH qruplarını 493 məzun bitirir
09/07/2026

BDU məzunlarına Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə diplomatik rütbələr verilib

BDU məzunlarına Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə diplomatik rütbələr verilib
09/07/2026