BDU-da "Azərbaycanda çar Rusiyasının müstəmləkəçi rejiminin qurulması və onun özünəməxsus xüsusiyyətləri" mövzusunda elmi seminar

22/02/2022

Bakı Dövlət Universitetinin Tarix fakültəsində "Azərbaycanda çar Rusiyasının müstəmləkəçi rejiminin qurulması və onun özünəməxsus xüsusiyyətləri"  mövzusunda elmi seminar keçirilib.

Tarix fakültəsinin elmi işlər üzrə dekan müavini Kəmalə Nəcəfova 1828-ci ildə Rusiya imperiyası ilə Qacarlar dövləti arasında imzalanan və Azərbaycan torpaqlarının Araz çayı boyunca iki yerə parçalanması ilə nəticələnən Türkmənçay müqaviləsinin ildönümünə təsadüf edən elmi seminarın mövzusunun aktuallığı haqqında qısa məlumat verib.

Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının müdiri Mehman Abdullayev "Azərbaycanda çar Rusiyasının müstəmləkəçi rejiminin qurulması və onun özünəməxsus xüsusiyyətləri" mövzusunda məruzə ilə çıxış edib. Məruzədə XIX əsrin ilk onilliklərində Rusiyanın Cənubi Qafqazda, o cümlədən Azərbaycanda müstəmləkəçi siyasətinin əsas istiqamətləri, rus müstəmləkəçiliyinin Avropa müstəmləkə sistemindən fərqi arxiv fondlarından əldə edilən yeni sənədlər əsasında təhlil edilib.

M. Abdullayev həmçinin çar Rusiyasının bölgədə xristian dayağı yaratmaq məqsədi ilə həyata keçirdiyi köçürmə siyasəti və onun nəticələri, Azərbaycanın təbii sərvətlərini mənimsəməsi sahəsindəki addımları barədə də danışıb.

Elmi seminarda 44 günlük Vətən müharibəsində əldə olunan tarixi qələbənin əhəmiyyəti, Qarabağın 30 illik işğaldan azad olunmasının Azərbaycan tarixində yeri və rolu məsələsi də təhlil olunub.

Elmi seminar müzakirələrlə davam edib.

Xəbərlər

BDU “QS Stars” audit qiymətləndirilməsində 5 ulduza layiq görülüb

BDU “QS Stars” audit qiymətləndirilməsində 5 ulduza layiq görülüb
17/02/2025

Son iki ildə BDU-nun Kimya fakültəsinə maksimal qəbul balı artıb

Son iki ildə BDU-nun Kimya fakültəsinə maksimal qəbul balı artıb
17/02/2025

BDU və Türkiyənin Kırşehir Ahi Evran Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU və Türkiyənin Kırşehir Ahi Evran Universiteti arasında anlaşma memorandumu imzalanıb
17/02/2025