BDU-da Azərbaycanda geoloji parkların yaradılması müzakirə edilib

28/04/2022

Bakı Dövlət Universitetinin Geologiya fakültəsində “Azərbaycan Respublikasında geoloji parkların yaradılması konsepsiyası” mövzusunda elmi seminar keçirilib.

Seminarda Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika institutunun Geotektonika və regional geologiya şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Tələt Kəngərli eyniadlı məruzəsində Azərbaycanda geoparkların yaradılması istiqamətində həyata keçirilən layihələrdən bəhs edib. O, bununla bağlın yaradılan İşçi Qrupunun Azərbaycanın regionlarında tədqiqatlar apardığını və nadir geoloji obyektlərin monitorinqini həyata keçirdiyini diqqətə çatdırıb. Aparılan tədqiqatlar nəticəsində ölkə ərazisində UNESCO-nun tələblərinə uyğun gələn və səciyyəvi geoloji obyektləri özündə cəmləşdirən Culfa (İlandağ), Qırməki və Xaltan milli geoparklarının yaradılmasının məqsədəuyğun olduğu qeyd olunub.

Məruzəçi Naxçıvan Muxtar Respublikası ərazisində UNESCO və ProGEO tərəfindən dəstəklənən sərhədyanı geoparkın yaradılmasının geoloji obyektlərin, arxeoloji abidələrin, biomüxtəlifliyin qorunmasında əhəmiyyətinə diqqət çəkib.

Sonda fakültənin Hidrogeologiya və mühəndis geologiyası kafedrasının müdiri, professor Bahadır Qələndərov, Ümumi və tarixi geologiya kafedrasının müdiri, professor Nazim İmamverdiyev, Kompleks geoloji və geofiziki tədqiqatlar Elmi-Tədqiqat Laboratoriyasının baş elmi işçisi Sokrat İsayev və böyük elmi işçi Robert Mobili mövzu ilə bağlı müzakirə aparıblar.

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdi Avropa Riyaziyyat Kubokunda gümüş medal qazanıb

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdi Avropa Riyaziyyat Kubokunda gümüş medal qazanıb
11/06/2026

Milli Məclisin komitə sədri Tahir Rzayev BDU-da “Heydər Əliyev mühazirələri”nin qonağı olub

Milli Məclisin komitə sədri Tahir Rzayev BDU-da “Heydər Əliyev mühazirələri”nin qonağı olub
11/06/2026

BDU-da “Ulu Öndər Heydər Əliyevin siyasi irsi və dövlətçilik baxışları” layihəsi çərçivəsində növbəti görüş

BDU-da “Ulu Öndər Heydər Əliyevin siyasi irsi və dövlətçilik baxışları” layihəsi çərçivəsində növbəti görüş
11/06/2026