BDU-da “Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri” mövzusunda Respublika elmi-praktik konfransı keçiriləcək

30/01/2017

2017-ci ilin may ayında Bakı Dövlət Universiteti Tarix fakültəsinin nəzdində Türk xalqları tarixi kafedrasının yaradılmasının 25-ci ili tamam olur. Bu münasibətlə Türk xalqları tarixi kafedrasının kollektivi 2017-ci ilin fevral-may aylarında kafedra əməkdaşlarının təşkilatçılığı ilə bir sıra tədbirlərin keçirilməsini planlaşdırılır. Müvafiq məsələlər kafedranın 6 yanvar 2017-ci il tarixli iclasında müzakirə olunmuş, təşkilati işlərlə məşğul olacaq təşkilat komitəsi yaradılmışdır. Təşkilat komitəsinin qərarına əsasən yubiley tədbirlərinin may ayının 18-19-da “Azərbaycanda türk xalqları tarixinın tədqiqi və tədrisi məsələləri” mövzusunda keçiriləcək 2 günlük respublika elmi-praktik konfransı ilə yekunlaşdırılması nəzərdə tutulur. Konfransda Azərbaycanın elmi və ali təhsil müəssisələrində türk xalqları tarixinin tədqiqi və tədrisi ilə məşğul olan alimlər, araşdırmaçılar, professor-müəllim heyəti, həmçinin bakalavriat və magistratura şöbələrində təhsil alan tələbələr, doktorant və dissertantlar iştirak edə bilərlər. Məruzələrin 4 dildə dinlənilməsi nəzərdə tutulur: azərbaycan, türk, rus və ingilis dillərində. Konfransa qatılmaq istəyən tələbələrin elmi rəhbərinin olması vacib şərtdir. Müzakirələr aşağıdakı mövzular ətrafında aparılacaq:

  • Türk xalqları tarixinin tədrisi məsələləri;
  • Türk xalqları tarixinin tədqiqi məsələləri;
  • Ümumtürk tarixinin tərkib hissəsi - Azərbaycan tarixi;
  • Türk xalqları tarixini araşdıran müasirlərimiz (azərbaycanlı, həmçinin xarici araşdırmaçılar).

Konfrans zamanı dinləniləcək məruzələr, aparılacaq elmi müzakirələr nəticəsində türk xalqları tarixinin tədqiqi və tədrisi ilə bağlı mövcud vəziyyət bir daha nəzərdən keçiriləcək ki, bu da tarixçi-alimlərin, həmçinin gənc araşdırmaçıların diqqətinin daha aktual, həllini gözləyən məsələlərin həllinə yönəldilməsinə yardımçı olacaq. Konfrans iştirakçısı gənc tədqiqatçılarımıza isə bir daha özlərinin elmi araşdırma bacarıqlarını yoxlamaqda, araşdırma mövzusu seçərkən diqqət etməli olduqları məsələləri müəyyənləşdirməkdə yardımçı olacağımıza, daha geniş mənada isə bir-birlərini dinləməyi, müzakirələr aparmağı, fikir müxtəlifliyinin olduğu məsələlərin müzakirəsində iştirak vərdişi əldə etmək imkanı verəcəyimizi düşünürük. Bu baxımdan keçirməyi planlaşdırdığımız tədbirin yalnız elmi deyil, həmçinin praktik əhəmiyyətinin də olacağını əminliklə qeyd edə bilərik.

Xəbərlər

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür
26/04/2024

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib
25/04/2024

BDU-nun Filologiya fakültəsində tanınmış yazıçı-jurnalist Varis Yolçuyevlə görüş

BDU-nun Filologiya fakültəsində tanınmış yazıçı-jurnalist Varis Yolçuyevlə görüş
25/04/2024