BDU-da Azərbaycan-Koreya İnformasiya Təminatı Mərkəzi yenidənqurmadan sonra istifadəyə verilib

30/11/2018

Bakı Dövlət Universitetində Azərbaycan-Koreya İnformasiya Təminatı Mərkəzinin yenidənqurmadan sonra açılış mərasimi keçirilib. BDU-nun rektor vəzifəsini icra edən, professor İradə Əliyeva qonaqları salamlayıb, mərkəzin 10 illik yubileyi ilə əlaqədar yeni texniki avadanlıqlarla təmin olunmasını yüksək qiymətləndirib. Bildirib ki, 2008-ci ildə Koreyanın Milli İnformasiya Cəmiyyəti Agentliyinin yardımı ilə açılan mərkəz ötən 10 il ərzində tələbə və müəllimlərin İKT sahəsində bilik səviyyələrinin artırılması, elmi işlərə aid hesablamaların yerinə yetirilməsi kimi istiqamətlərdə uğurla fəaliyyət göstərib, universitet əməkdaşlarının Koreyanın müxtəlif ali təhsil müəssisələrində keçirilən konfrans, seminar və treninqlərdə iştirakını təmin edib.

Sonra Koreyanın Milli İnformasiya Cəmiyyəti Agentliyinin icraçı direktoru Conqpil Park, Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı, akademik Məhəmməd Mehdiyev çıxış ediblər. Onlar mərkəzin həyata keçirdiyi işlər barədə danışıb, o cümlədən bundan sonra da xarici və daxili rəqəmsal sistemlərin hərtərəfli inkişafına təkan verəcəyinə əminliklərini ifadə ediblər.

Tədbir çərçivəsində Milli İnformasiya Agentliyi haqqında qısa video-çarxın təqdimatı olub, qonaqlar Azərbaycan-Koreya İnformasiya Mərkəzi ilə  yaxından tanış olublar.

Mətbuat və informasiya şöbəsi, 30 noyabr 2018-ci il.

Xəbərlər

BDU Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti ilə anlaşma memorandumu imzalayıb

BDU Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti ilə anlaşma memorandumu imzalayıb
06/10/2026

BDU əməkdaşı “HackerRank Campus Crew 2026” proqramına seçilib

BDU əməkdaşı “HackerRank Campus Crew 2026” proqramına seçilib
06/10/2026

Tanınmış bəstəkar, BDU-nun dosenti Fikrət Əlizadənin “Qəlbin simfoniyası” adlı yubiley gecəsi

Tanınmış bəstəkar, BDU-nun dosenti Fikrət Əlizadənin “Qəlbin simfoniyası” adlı yubiley gecəsi
06/10/2026