BDU-da Azərbaycan-Latviya təhsil forumu keçirilib

24/05/2010

24-26 may tarixlərində keçirilən Latviya-Azərbaycan Təhsil forumunun ilk tədbiri Bakı Dövlət Universitetində baş tutub. Latviya Respublikasının Təhsil və Elm naziri xanım Tatyana Kokenin rəhbərlik etdiyi nümayəndə heyəti, o cümlədən Azərbaycanın aparıcı ali təhsil müəssisələrinin rektorları, bir sıra ali təhsil müəssisələrinin beynəlxalq əlaqələr üzrə məsul prorektoru, dekan və nümayəndələrinin iştirak etdiyi tədbiri təhsil naziri Misir Mərdanov açıb. Nazir Azərbaycanın ən qədim, nüfuzlu və böyük universitetində qonaqları salamlayaraq forumun hər iki ölkə üçün əhəmiyyətindən bəhs edib. M.Mərdanovun çıxışından məlum olub ki, Latviyanın Təhsil və Elm naziri başda olmaqla, məsul şöbələrinin rəhbərləri, 12 ali məktəb rektoru və səfir Mihail  Popokovs  iştirak edir.

«Azərbaycan və Azərbaycanda təhsil» mövzusunda çıxış edən nazir Misir Mərdanov ölkəmizin tarixi, ərazisi, iqtisadiyyatı, əsasən də, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat verib, işğal nəticəsində ölkəmizə dəymiş zərərdən danışıb: «Ermənistanın işğalçı siyasəti nəticəsində 1 milyondan artıq insan öz ata-baba yurdundan, o cümlədən 300 mindən çox əhali doğma torpaqlarından - Ermənistandan qovulub, 20 min insan həlak, 50 min insan əlil olub. Ümumən Azərbaycana 60 milyard ABŞ dolları dəyərində ziyan dəyib». Nazir ölkədə keçirilən təhsil islahatlarından, «Təhsil haqqında» qanun layihəsindən, təhsilin pillələri və səviyyəsindən danışaraq, rəhbərlik etdiyi nazirliyin fəaliyyəti barədə də ətraflı məlumat verib.

Latviya Respublikasının Təhsil və Elm Naziri xanım Tatyana Koke də forumun əhəmiyyətindən danışıb, bunun gələcək əməkdaşlıq üçün uğur vəd etdiyini bildirib.

Bakı Dövlət Universiteti haqqında ətraflı məlumat verən rektor, akademik Abel Məhərrəmov ümummilli lider Heydər Əliyevin elmin, təhsilin inkişafına daim böyük önəm verdiyini, ulu öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Rektor həmçinin Bakı Dövlət Universitetinin beynəlxalq əlaqələrindən, bu sahədə qazanılan uğurlardan, BDU-da təhsilin inkişafı üçün reallaşdırılan tədbirlərdən danışıb.

Digər çıxış edənlər də iki ölkə arasında müvafiq sahədə əməkdaşlığın genişlənəcəyinə əminliklərini ifadə ediblər. Sonra geniş müzakirələr aparılıb.

 

Mətbuat və informasiya şöbəsi

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024