BDU-da Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş sərgi təşkil edilib

31/03/2026

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanası 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş ənənəvi kitab sərgisi təşkil edib.

Sərgidə kitabxananın fondlarında mühafizə olunan, ermənilərin Azərbaycan türklərinə qarşı törətdikləri qırğınlardan bəhs edən Azərbaycan, ingilis və rus dillərində 40-a yaxın kitab və nəşr nümayiş olunur. Sərgidə Anar İsgəndərov, Boran Əziz kimi ziyalıların 31 mart soyqırımı ilə bağlı tədqiqatlarını əks etdirən fundamental nəşrlər də öz əksini tapır.

Təqdim olunan ədəbiyyatlar XX yüzillik ərzində Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları, separatizm siyasəti və bu proseslərin tarixi köklərini əks etdirir. Çoxsaylı arxiv sənədləri və faktlara əsaslanan bu nəşrlər həmin dövrün obyektiv araşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

 

Xəbərlər

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü
27/10/2026

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb
26/10/2026

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb
26/10/2026