BDU-da “Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və dünyada etibarlı tərəfdaş imici" adlı tədbir
17/03/2021
Bakı Dövlət Universitetinin (BDU) Kimya və Şərqşünaslıq fakültələri Tələbə Gənclər Təşkilatlarının birgə təşkilatçılığı ilə "Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və dünyada etibarlı tərəfdaş imici" adlı onlayn tədbir keçirilib. Tədbirdə Tələbə Gənclər Təşkilatının Kimya fakültəsi üzrə sədri Əli Qədirli, Şərqşünaslıq fakültəsi Tələbə Gənclər Təşkilatının sədri İmran Sayılov çıxış edərək tələbələrə Azərbaycanın artan beynəlxalq nüfuzundan, uğurla aparılan daxili və xarici siyasətin ölkəmizin ümumi inkişafına təsirindən danışıblar. Daha sonra Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının icra heyəti üzvü İsmayılova Cahan və tələbələr Azərbaycanın həyata keçirdiyi regional layihələrin beynəlxalq əhəmiyyətindən danışıb.

Xəbərlər
BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib
BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib
Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
