BDU-da "Azərbaycanın görkəmli şəxsiyyətləri - Yusif Məmmədəliyev" adlı tədbir keçirilib

26/04/2021

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsində  Tələbə Gənclər Təşkilatının və Tələbə Elmi Cəmiyyətinin təşəbbüsü ilə "Azərbaycanın görkəmli şəxsiyyətləri - Yusif Məmmədəliyev" adlı onlayn tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Kimya fakültəsinin dekanı Abdulsəyid Əzizov dünya şöhrətli alim Yusif Məmmədəliyevin Azərbaycanın kimya elminin inkişafındakı rolu, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti və BDU-nun rektoru olduğu dövrlərdə məhsuldar elmi, eləcə də ictimai-siyasi fəaliyyəti haqqında məruzə ilə çıxış edib.

Sonra Neft kimyası və kimya texnologiyası kafedrasının müdiri İbrahim Məmmədov Yusif Məmmədəliyevin həyat və yaradıcılığı haqqında danışaraq görkəmli alim D.N.Zelinskinin tələbəsi olan Y.Məmmədəliyevin Azərbaycan neft-kimya elminin, kimya sənayesinin, bir çox elmi-tədqiqat müəssisələrinin yaranmasındakı xidmətlərindən bəhs edib. Tədbirdə İbrahim Məmmədov görkəmli alimin xatirəsinə həsr olunmuş “Yanacaqlar, bioyanacaqlar, bioloji aktiv maddələrin alınması və xassələrinin tədqiqi” adlı elmi məruzə ilə çıxış edib.

Daha sonra Kimya fakültəsinin dekan müavini dosent Taleh Qəhrəmanov, professorlar Namiq Şıxəliyev, Rasim Alosmanov, Musa Bayramov çıxış edərək görkəmli alimin şərəfli həyat yolu, gənc nəslin yetişməsindəki xidmətləri, qiymətli elmi kəşfləri haqqında danışıblar.

Tələbə Elmi Cəmiyyətinin sədri İsa İsayev çıxışında Yusif Məmmədəliyev irsini öyrənməyin hər bir kimyaçının mənəvi borcu olduğunu vurğulayıb.

Sonda Yusif Məmmədəliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

 

Xəbərlər

Görkəmli uşaq şairi Zahid Xəlil BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri ilə görüşüb

Görkəmli uşaq şairi Zahid Xəlil BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri ilə görüşüb
06/04/2026

BDU-nun Biologiya fakültəsində duzluluq stresinin bitkilərə təsiri tədqiq olunur

BDU-nun Biologiya fakültəsində duzluluq stresinin bitkilərə təsiri tədqiq olunur  
06/04/2026

BDU-nun komandası Özbəkistanda keçirilən beynəlxalq kibertəhlükəsizlik yarışında uğurla iştirak edib

BDU-nun komandası Özbəkistanda keçirilən beynəlxalq kibertəhlükəsizlik yarışında uğurla iştirak edib
06/04/2026