BDU-da "Bakı Dövlət Universitetinin fəxri məzunu - Heydər Əliyev" mövzusunda tədbir

11/04/2023

Bakı Dövlət Universtetinin (BDU) Tarix və Filologiya fakültələrinin Tələbə Gənclər təşkilatlarının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Bakı Dövlət Universitetinin fəxri məzunu - Heydər Əliyev” mövzusunda tədbir keçirilib. Əvvəlcə Dövlət himni səsləndirilib.

Filologiya fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov müstəqil Azərbaycanın qurucusu və memarı, BDU-nun ən böyük məzunu, Ulu Öndər Heydər Əliyevin zəngin və çoxşaxəli fəaliyyəti ilə bağlı məlumat verib. Qeyd edib ki, Ümummilli Liderin Azərbaycana rəhbərlik etməsindən sonra BDU-nun həyatında yeni mərhələ başlayıb. Universitetin 50 illik yubiley tədbirlərinə Ulu Öndər şəxsən rəhbərlik edib, dövlət başçısı kimi BDU-ya hərtərəfli qayğı göstərib. Bu diqqət və qayğı Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra da davam edib.

Daha sonra Tarix fakültəsinin Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının professoru Nuru Məmmədov Ulu Öndərin həm sovet dövründə, həm də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi dövrlərdə BDU-ya göstərdiyi diqqət və qayğıdan bəhs edib, ölkəmizin elm və təhsil siyasətinin həyata keçirilməsində misilsiz xidmətlərindən danışıb.

Filologiya fakültəsinin Tələbə Gənclər Təşkilatının sədr müavini Şüşəxanım Vəliyeva Ümummilli Lider Heydər Əliyevin banisi olduğu gənclər siyasətindən bəhs edib.

Xəbərlər

BDU-nun rektoru Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirak edib

BDU-nun rektoru Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirak edib
04/02/2026

BDU-nun professoru Rasim Məmmədov vəfat edib

BDU-nun professoru Rasim Məmmədov vəfat edib
04/02/2026

BDU ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” arasında əməkdaşlıq imkanları müzakirə olunub

BDU ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” arasında əməkdaşlıq imkanları müzakirə olunub
04/02/2026