BDU-da bakteriyaların antibiotiklərə davamlığına qarsı əksfikirli amillərlə bağlı araşdırmalar davam edir

04/10/2022

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Mikrobiologiya və virusologiya elmi-tədqiqat laboratoriyasının müdiri, professor  Xudaverdi Qənbərovun həmmüəllifi olduğu  “Bakteriyaların antibiotiklərə davamlığına qarsı əksfikirli amillər” (Antisense Agents against Antibiotic-Resistant Bacteria) adlı icmal məqalə Web of Sience bazasinda indekslənən (IF: 2.837) “Current Pharmaceutical Biotechnology” ( 2022, Vol.23, issue 15, P.1813-1823 ) jurnalında çap olunub:

DOI: 10.2174/1389201023666220114160216

Bütün dünyada bakteriyaların antibiotiklərə davamlığının kəskin surətdə artması müşahidə olunur və bu, cəmiyyətin sağlamlığı üçün ciddi təhlükə yaradır. Antibiotiklərə davamlıq ilk növbədə yoluxucu xəstəliklərin və ölüm hallarının artması, eləcə də müalicədə çoxlu anibiotiklərin istifadəsi ilə bağlıdır. Əksfikirli texnologiya genlərin transkripsiyasına və ekspressiyasına mane olan oliqonüleotidlərə əsaslanır. Oliqonüleotidlər antibiotiklərə davamlı olan bakteriyalara qarsı mübarizədə istifadə oluna bilər. Belə oliqonükleotidlərə ilk növbədə peptidli nüklein turşularını, fosfordiamidatlı morfolinoliqomerləri və qapalı nüklein turşularını aid etmək olar. İcmal məqalədə yuxarıda göstərilən oliqonükleotidlər bakteriyalara davamlılıq verən genlərin hədəfi kimi göstərilir. Belə ki, oliqonüleotidlər müvafiq geni parçalayaraq  bakteriyaların inkişafının tormozlanmasına səbəb olur. Bu nəticələr yoluxucu xəstəliklərin müalicəsində yeni perspektivlər açır.

Xəbərlər

BDU tələbəsi Səkinə Hacızadə nüvəitələmə növündə U-23 qadınlar arasında ölkə rekordunu yeniləyib

BDU tələbəsi Səkinə Hacızadə nüvəitələmə növündə U-23 qadınlar arasında ölkə rekordunu yeniləyib
17/06/2026

BDU Qazaxıstanın Torayğırov Universiteti ilə əməkdaşlığa başlayır

BDU Qazaxıstanın Torayğırov Universiteti ilə əməkdaşlığa başlayır
17/06/2026

BDU-nun iki jurnalı “Web of Science Core Collection” bazasında ilk onluqda qərarlaşıb

BDU-nun iki jurnalı “Web of Science Core Collection” bazasında ilk onluqda qərarlaşıb
17/06/2026