BDU-da bankomatlarda kart xidmətlərinin yaradılmasına dair elmi seminar keçirilib

31/10/2022

Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasınin elmi seminarı keçirilib. Seminarda kafedranın elmlər doktoru proqramı üzrə doktorantı Ramin Səmədov “ATM-də kart xidmətlərinin göstərilməsi mexanizminin işlənib hazırlanması və yaradılması” mövzusunda məruzə ilə çıxış edib.

Tədqiqat işində ATM-də kart xidmətlərinin layihələndirilməsi zamanı bankomatın  fəaliyyətini təmin edən terminal və serverlər arasında əlaqə, həmçinin digər sistemlərlə mesaj mübadiləsini təmin etmək məsələləri araşdırılıb. ATM-də kart xidmətlərinin göstərilməsi mexanizminin işlənib hazırlanması və yaradılması təklif olunub.

Seminar mövzu ilə bağlı sualların cavablandırılması ilə yekunlaşıb.

 

Xəbərlər

BDU-da “44 günün qəhrəmanları – Zəfərin əbədi yaddaşı” adlı tədbir

BDU-da “44 günün qəhrəmanları – Zəfərin əbədi yaddaşı” adlı tədbir
28/10/2026

BDU tələbələri narkomaniyanın fəsadları barədə məlumatlandırılıb

BDU tələbələri narkomaniyanın fəsadları barədə məlumatlandırılıb
28/10/2026

BDU Keniyanın Suahili Mədəniyyət Kitabxanasına kitab və jurnallar hədiyyə edib

BDU Keniyanın Suahili Mədəniyyət Kitabxanasına kitab və jurnallar hədiyyə edib
28/10/2026