BDU-da bağırsaq mikrobiotası ilə insan bədəninin qaşılıqlı əlaqəsi tədqiq edilir

23/11/2021

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Mikrobiologiya və virusologiya ETL-in müdiri, professor Xudaverdi Qənbərovun həmmüəllifi olduğu “Bağırsaq mikrobiotası ilə insan bədəninin qaşılıqlı əlaqəsi və onun sağlamlığa təsiri” (“Gut Microbiota and Human Body Interactions; Its Impact on Health: A Review”) adlı icmal məqalə Web of Sience bazasinda indekslənən Current Pharmaceutical Biotechnology (2021, v. 22 (15), p. 1-11) jurnalında çap olunub. DOI:10.2174/1389201022666210104115836

Bağırsaq mikobiotası insan bədəninin orqanı kimi daşıdığı funksiyaya görə xüsusi əhəmiyyət kəsb edir. İcmal məqalə bağırsaq mikrobiotası ilə insan orqanizminin qarşılıqlı əlaqəsinin tədqiqinə və onun sağlamlığa təsirinin öyrənilməsinə həsr olunub. Tədqiqat beynəlxalq jurnallarda alimlərin nəşr olunmuş elmi məqalələrində verilən materiallar bazası əsasında aparılıb. İlk qazanılmış mikrobiota hamiləlik dövründə və ya doğuş zamanı bağırsaqda spesifik və qeyri-spesifik yollarla formalaşır və insan böyüdükcə stabilləşir. Bağırsaq mikrobiotasının insan orqaizmində əsas rolu üç istiqamətdə -metabolizm sferasında, immun sistemində və bağırsaq-beyin qarşılıqlı təsirində özünü göstərir. Bağırsaqda mikrob populyasiyasının balansının pozulması insan orqanizmində müxtəlif pozuntuların və nəticədə xəstəliklərin yaranmasına səbəb olur.

Xəbərlər

Görkəmli uşaq şairi Zahid Xəlil BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri ilə görüşüb

Görkəmli uşaq şairi Zahid Xəlil BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri ilə görüşüb
06/04/2026

BDU-nun Biologiya fakültəsində duzluluq stresinin bitkilərə təsiri tədqiq olunur

BDU-nun Biologiya fakültəsində duzluluq stresinin bitkilərə təsiri tədqiq olunur  
06/04/2026

BDU-nun komandası Özbəkistanda keçirilən beynəlxalq kibertəhlükəsizlik yarışında uğurla iştirak edib

BDU-nun komandası Özbəkistanda keçirilən beynəlxalq kibertəhlükəsizlik yarışında uğurla iştirak edib
06/04/2026