BDU-da “Əbədi müstəqilliyimizdən tarixi zəfərə” adlı tədbir

29/05/2024

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 28 May - Müstəqillik Gününə həsr olunmuş “Əbədi müstəqilliyimizdən tarixi zəfərə” adlı tədbir keçirilib. Tədbirin əvvəlində Dövlət himni səsləndirilib. Daha sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

BDU-nun Tarix fakültəsinin Azərbaycan tarixi kafedrasının müdiri Azad Rzayev qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti bizim dövlətçilik tariximizdə mühüm yer tutur. Cümhuriyyət dövründə Milli Ordu yaradılıb, Azərbaycan dilində məktəblər açılıb, ilk dəfə Azərbaycan tarixinin yazılmasına başlanılıb, İstiqlal muzeyi təşkil edilib. Digər sahələrlə yanaşı, təhsil sahəsində də çox iş görülüb, Bakı Dövlət Universiteti yaradılıb. Cümhuriyyətin yaradıcılarına ən böyük dəyəri məhz Ümummilli Lider Heydər Əliyev verib: “Ulu Öndər keçən əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikasının Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olduğunu bəyan etdi. Ulu Öndər Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə mühüm yeri olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarını, xidmətlərini hər zaman yüksək qiymətləndirib, Cümhuriyyət ənənələrinin yaşadılmasına və inkişaf etdirilməsinə daim böyük əhəmiyyət verib”.

Daha sonra Şərqşünaslıq fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Şahin Yusifli AXC-nin yaradılmasını zəruri edən səbəblər barədə danışıb, müstəqil Azərbaycanın Xalq Cümhuriyyətinin ənənələrini yaşatdığını qeyd edib.

Tədbirin bədii hissəsində Şərqşünaslıq fakültəsinin tələbələri Səyyarə Rəhimzadə və Altay Hüseynzadə tərəfindən istiqlalımıza həsr olunmuş şeirlər səsləndirilib. Sonda Müstəqillik Gününə həsr olunmuş videoçarxlar nümayiş olunub.

Xəbərlər

Milli Gimnastika Arenasında BDU-nun möhtəşəm Məzun Günü

Milli Gimnastika Arenasında BDU-nun möhtəşəm Məzun Günü
13/06/2026

BDU-da 2025/2026-cı tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

BDU-da 2025/2026-cı tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb
13/06/2026

"Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” V gənclər düşərgəsinin açılışı olub

"Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” V gənclər düşərgəsinin açılışı olub
13/06/2026