BDU-da Beynəlxalq Ana Dili Gününə həsr olunmuş konfrans keçirilib

22/02/2021

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Tələbə Elmi Cəmiyyəti nəzdində fəaliyyət göstərən “Türkoloji” dərnəyin təşkilatçılığı ilə 21 fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Türk dövlətlərinin dilləri” adlı beynəlxalq virtual konfrans keçirilib. “Zoom” platforması üzərindən təşkil olunmuş tədbirə türkdilli dövlətlərin tanınmış türkoloq alimləri və gənc tədqiqatçıları qatılıb.

Tələbə Elmi Cəmiyyətinin sədri Məleykə Mirzəlinin moderatorluğu ilə keçirilən konfransı giriş sözü ilə açan Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov müasir dünyanın dil mənzərəsindən, qloballaşmanın milli dillərə təsirindən, Azərbaycan dilinə dövlət qayğısından söz açıb.

Türkiyənin Kırıkkale Universitetinin professoru Bilgehan Atsız Gökdağ, BDU-nun Türkologiya kafedrasının professoru Məhərrəm Məmmədli türk dillərinin inkişaf tarixindən, müasir problemlərindən və araşdırma istiqamətlərindən danışıblar.

Sonra BDU-nun Türkologiya kafedrasının doktorantı Zülfiyyə Ağayeva Azərbaycan dili, Türkiyənin Qazi Universitetinin elmi işçisi Beyza Türkkolu türk dili, Türkiyənin İstanbul Universitetinin Ədəbiyyat fakültəsinin tələbəsi Ataş Qayıpoğlu türkmən dili, Qırğızıstan-Türkiyə Manas Universitetinin müəllimi dosent Zarina Kalbıyeva qırğız dili, Qazaxıstanın Avrasiya Milli Universitetinin “Türkologiya” ixtisasının tələbəsi Aliyə Kairova qazax dili, Türkiyənin Muğla Sıtkı Koçman Universitetinin doktorantı İxtiyar Yakubov isə özbək dili haqqında ətraflı məlumat veriblər.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024