BDU-da “Beynəlxalq Cinayət Məhkəməsi: Tərkibi, strukturu və yurisdiksiyası” mövzusunda elmi-praktik tədbir

12/03/2021

Bakı Dövlət Universitetinin (BDU) Hüquq Fakültəsində Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə "Beynəlxalq Cinayət Məhkəməsi: Tərkibi, strukturu və yurisdiksiyası" adlı onlayn elmi-praktik tədbir keçirilib.

Hüquq fakültəsinin TGT sədri Firavan Əlizadə tədbir giriş sözü ilə açaraq müasir beynəlxalq hüququn yaranması və inkişafı nəticəsində beynəlxalq cinayət hüququ beynəlxalq hüququn ayrıca bir institutu kimi formalaşdığını qeyd edib. Beynəlxalq cinayət hüququnun beynəlxalq cinayətlərin qarşısının alınmasında və cinayətkarların cəzalandırılmasında beynəlxalq hüquqa mühüm töhfə verdiyini vurğulayıb, bunu beynəlxalq cinayətlərə görə fiziki şəxslərin məsuliyyətini müəyyən edən və ad hoc qaydasında fəaliyyət göstərən Nürnberq, Tokio, Yuqoslaviya və Ruanda beynəlxalq cinayət tribunallarının nümunələrində görmək mümkünlüyünü diqqətə çatdırıb.

Tədbirdə fakültənin tələbələri Tural Həsənov "Hüquq pozuntusu anlayışı", Gülsüm Hacıyeva "Cəzanın tətbiq olunmasına tarixi baxış”, Siyavuş Bağırov "Dövlətin cəza tədbirləri",  Rüstəm Əzimzadə "Beynəlxalq Cinayət Məhkəməsinin yaradılması və fəaliyyəti", Cavid Mirzəzadənin "Müharibə cinayətlərinə görə məsuliyyətin müəyyən edilməsi", "Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər və məsuliyyət tədbirləri" mövzularında təqdimatları dinlənilib. Çıxışlarda məhz 2003-cü il 11 mart tarixindən etibarən Beynəlxalq Cinayət Məhkəməsi fəaliyyətə başladığına diqqət çəkilib, cəmiyyətə qarşı "hüquq pozuntusu"na aydınlıq gətirilib, "cəza" anlayışına hüquqi və tarixi aspektdən yanaşılıb, ibtidai icma quruluşundan XXI əsrə qədər cəza metodları və prinsipləri haqqında danışılıb. Beynəlxalq Cinayət Məhkəməsinin yaranma tarixi haqqında geniş məlumat verilərək, Məhkəmənin yurisdiksiyasına daxil olan məsələlər tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəzanın anlayışı, məqsəd və növlərindən bəhs edən müvafiq maddələri nəzərdən keçirilərək müzakirə olunub.

Xəbərlər

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib
13/10/2026

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
13/10/2026

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026