BDU-da “Beynəlxalq mediada Azərbaycan mövzusu: reallıqlar, perspektivlər” adlı konfrans öz işinə başlayıb

11/10/2016

“Ulus” Fondunun Bakı Dövlət Universiteti Jurnalistika fakültəsi ilə birgə təşkil etdiyi “Beynəlxalq mediada Azərbaycan mövzusu: reallıqlar,  perspektivlər” adlı konfrans öz işinə başlayıb. Tədbiri giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov beynəlxalq mediada ölkəmizin maraqlarının müdafiəsindən, Azərbaycanın milli-mənəvi dəyərlərinin, dövlətçilik prinsiplərinin geniş media sferasında işıqlandırılmasının əhəmiyyətindən bəhs edib.

BDU-nun Jurnalistika fakültəsinin dekanı, professor Cahangir Məmmədli dövlətlərarası münasibətlərin yaxşılaşdırılmasında medianın rolu və Azərbaycan mövzusunun işıqlandırılması məsələlərindən danışıb. Bildirib ki, vahid informasiya məkanında Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılması, Dağlıq Qarabağ probleminin xarici mətbuatda işıqlandırılması ölkə mediasının prioritetlərindəndir.

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid və digərləri çıxış edərək Azərbaycan həqiqətlərinin beynəlxalq mediada işıqlandırılmasının vacibliyindən söz açıblar.

Qeyd edək ki, iki gün davam edəcək konfransa MDB ölkələrindən, o cümlədən Türkiyə və İrandan  media nümayəndələri qatılıb.

Mətbuat və informasiya şöbəsi, 11 oktyabr 2016-cı il.

Xəbərlər

BDU-da süd vəzi xərçənginin diaqnostikasında yeni biomarkerlərin tədqiqi araşdırılır

BDU-da süd vəzi xərçənginin diaqnostikasında yeni biomarkerlərin tədqiqi araşdırılır
27/02/2026

BDU tələbələri üçün “AnewZ” telekanalında infossessiya

BDU tələbələri üçün “AnewZ” telekanalında infossessiya
27/02/2026

400 BDU könüllüsü “Justice for Khojaly 613” fləşmobunda iştirak edib

400 BDU könüllüsü “Justice for Khojaly 613” fləşmobunda iştirak edib
27/02/2026