BDU-da “Beynəlxalq Müəllimlər Günü” adlı kitab sərgisi

05/10/2023

Ölkəmizdə 1993-cü ildən qeyd edilən Beynəlxalq Müəllimlər Günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. Bu münasibətlə Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasında ”Beynəlxalq Müəllimlər Günü” adlı kitab sərgisi təşkil edilib. Sərgidə yer alan 40-a yaxın kitab arasında Azərbaycan müəllimlərinin qurultaylarına həsr olunmuş kitablar, o cümlədən  “Müəllimlərin treninqi”, “Ən şərəfli peşədir müəllimlik”, “Səriştəli müəllim hazırlığının problemləri”, “Müdrik müəllimlərimiz” seriyalı nəşrlər və s. oxucular tərəfindən böyük maraqla qarşılanır.

Sərgidə həmçinin BDU-nun görkəmli alimlərinin müəllifi olduqları elmi əsərlər, dərslik və dərs vəsaitləri də nümayiş etdirilir.

Gənclərdə müəllimlik peşəsinə marağın artırılmasını təbliğ edən sərgi həftənin sonuna qədər ziyarətçilərin üzünə açıq olacaq.

 

Xəbərlər

BDU-da “QİÇS-lə mübarizə və ailə” mövzusunda təqdimat

BDU-da “QİÇS-lə mübarizə və ailə” mövzusunda təqdimat
15/10/2026

“Gənc istedadlar” liseyinin XI sinif şagirdləri üçün BDU-da infosessiya

“Gənc istedadlar” liseyinin XI sinif şagirdləri üçün BDU-da infosessiya
15/10/2026

BDU-da təlim: “Müəllim-tələbə dialoqu: rəqəmsal alətlər”

BDU-da təlim: “Müəllim-tələbə dialoqu: rəqəmsal alətlər”
15/10/2026