BDU-da Beynəlxalq Muzeylər Günü qeyd olunub

19/05/2022

Bakı Dövlət Universitetində (BDU) BDU-nun tarixi muzeyinin təşkilatçılığı ilə 18 May - Beynəlxalq Muzeylər Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan BDU-nun tarixi muzeyinin müdiri Günel Orucəliyeva qeyd edib ki, hər il 18 may tarixi dünyada və eləcə də ölkəmizdə Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd olunur. Beynəlxalq Muzeylər Şurasının təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş bu əlamətdar günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir. Bu il Beynəlxalq Muzeylər Günü “Muzeylərin gücü” devizi altında keçirilir.

Daha sonra  Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin Muzeyşünaslıq kafedrasının dosenti, muzeyşünas Anar Ağalarzadə, Azərbaycan Milli Xalça Muzeyinin mətbuat katibi Ülvinə Fərzəliyeva,  Azərbaycan İstiqlal Muzeyinin elmi-kütləvi işlər şöbəsinin müdiri Şövkət Əsgərova, BDU-nun Tarix fakültəsinin dosenti Səidə Quliyeva çıxış ediblər. Çıxışlarda Azərbaycandakı muzeylərin fəaliyyəti, profilləri, ölkədə muzey işi ilə bağlı həyata keçirilən dövlət siyasəti barədə ətraflı məlumat verilib, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusunun işğaldan azad etdiyi Qarabağda vaxtilə mövcud olan muzeylərin və muzey filiallarının bərpası ilə əlaqədar görülən işlərdən danışılıb.

Tədbir auditoriya tərəfindən maraqla qarşılanıb.

Xəbərlər

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub
07/09/2026

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”
04/09/2026