BDU-da Beynəlxalq Qazax Dili Akademiyasının və Beynəlxalq Türkologiya Mərkəzinin prezidenti ilə görüş

02/03/2026

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Beynəlxalq Qazax Dili Akademiyasının və Beynəlxalq Türkologiya Mərkəzinin prezidenti, Qazaxıstan Milli Elmlər Akademiyasının və Qazaxıstan Sosial Elmlər Akademiyasının akademiki, filoloq alim Erden Zadauli Kajıbek ilə görüşüb.

Görüşdə Birinci Türkoloji Qurultayın 100 illiyinin keçirilməsinin türk dövlətlərinin ortaq dəyərlər ətrafında birləşməsi və bunlara elmi aspektdən yanaşmanın yeni modelinin müəyyən edilməsi baxımından vacibliyi vurğulanıb.

Görüşdə BDU ilə Beynəlxalq Qazax Dili Akademiyasının və Beynəlxalq Türkologiya Mərkəzi arasında türkologiya istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub, elm və təhsil sahəsində birgə layihələrin ölkələrimizin və xalqlarımızın inkişafına töhfə verəcəyi vurğulanıb.

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026