“Folklorumuzda çərşənbələr”

15/03/2022

Tədbiri giriş sözü ilə açan Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov Novruzun təbiətin oyanışı, baharın gəlişi bayramı olması ilə bərabər, barışın, bərabərliyin, dostluğun, sülh və əmin-amanlığın təzahürü olduğunu deyib.

Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dosenti Məhəmməd Məmmədov Novruz bayramının tarixindən, qədim adətlərindən, türk xalqlarının həyatında yerindən, xalqımızın milli yaddaşı ilə bağlılığından, Novruz çərşənbələrinin əsas atributlarından söz açıb.

Daha sonra Filologiya fakültəsinin I kurs tələbələri çərşənbələrə həsr olunmuş məruzələr ediblər.

Fatimə Nağızadə Su çərşənbəsi barədə məruzəsində türk mifologiyasında suyun hər şeyin başlanğıcı hesab olunduğunu vurğulayıb. Mahirə Rzazadə isə Od çərşənbəsi barədə məruzəsində odun, tonqalın yandırılmasının ilin isti, bərəkətli keçməsinə işarə sayıldığını qeyd edib. Ülviyyə Orucova Yel çərşənbəsindən bəhs edib, qədim türk mifologiyasında küləyin təbiəti, həyatı oyandırdığını bildirib. Aişə Babayeva isə Torpaq çərşənbəsinin digər çərşənbələrin içində ən möhtəşəmi, böyük təmtəraqla keçiriləni olduğunu qeyd edib. Həmin gün küsülülər barışır, evlərdə ancaq xoş sözlər danışılır. Bütün evlərdə bayram süfrələri açılır, Novruz şirniyyatları hazırlanır. Xonçanın ortasında səməni, hər ailə üzvünə şam, boyadılmış yumurtalar qoyulur. Süfrəyə yeddi növ nemət düzülür.

Çıxışlardan sonra Novruz çərşənbələri haqqında videoçarx nümayiş etdirilib.

 

Xəbərlər

BDU “Round University Ranking” reytinqində 189 pillə irəliləyərək, Azərbaycanda lider mövqeyini qoruyub

BDU “Round University Ranking” reytinqində 189 pillə irəliləyərək, Azərbaycanda lider mövqeyini qoruyub
09/06/2026

BDU-nun Biologiya fakültəsinin tələbələri Qubada çöl-tədris təcrübəsində

BDU-nun Biologiya fakültəsinin tələbələri Qubada çöl-tədris təcrübəsində
09/06/2026

Misirin Azərbaycandakı səfiri BDU-da

Misirin Azərbaycandakı səfiri BDU-da
09/06/2026