BDU-da “Biofiziki və biokimyəvi proseslərdə periodik və aperiodik rəqslərinin nəzəri kinetik tədqiqi” mövzusunda elmi seminar

12/03/2021

Bakı Dövlət Universitetinin Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunda növbəti onlayn elmi seminar keçirilib.

Seminarda İnstitutun Biofizika şöbəsinin aparıcı elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Şahin Bayramov “Biofiziki və biokimyəvi proseslərdə periodik və aperiodik rəqslərinin nəzəri kinetik tədqiqi” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi nəzəri kimyəvi kinetikanın hesablama və analitik yanaşma üsulları ilə biofiziki və biokimyəvi sistemlərdə yaranan konsentrasion avtorəqs proseslərinin sistemli tədqiqi və konsentrasion avtorəqslərin yaranmasının təməl mexanizmlərinin öyrənilməsi, periodik biomolekulyar proseslərin yaranmasında kritik fraqmentlər adlanan minimal sayda maddə və mərhələdən ibarət olan reaksiyalar ardıcıllığı, onların quruluş sxemlərinin ümumi prinsipləri, yeni konsentrasion avtorəqs modelləri, metabolik kontrol nəzəriyyəsinin periodik proseslərə tətbiqinin analizindən danışıb.

Xəbərlər

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur
16/09/2026

BDU-da “Suveren Azərbaycan - qürurumuz, Zəfərimiz” mövzusunda tələbələrlə görüş

BDU-da “Suveren Azərbaycan - qürurumuz, Zəfərimiz” mövzusunda tələbələrlə görüş
16/09/2026

İsrailin Kaye Akademik Təhsil Kollecinin layihə rəhbəri BDU tələbələrinə mühazirə deyib

İsrailin Kaye Akademik Təhsil Kollecinin layihə rəhbəri BDU tələbələrinə mühazirə deyib
16/09/2026