BDU-da “Biologiyada elmi nailiyyətlər və çağırışlar” mövzusunda Beynəlxalq konfrans başlayır

11/10/2022

13-14 oktyabr 2022-ci il tarixində Bakı Dövlət Universiteti (BDU), ICESCO, İzmir Yüksək Texnologiya İnstitutu (Türkiyə) və Lahore Universitetinin (Pakistan) birgə təşkilatçılığı ilə akademik Mirəli Axundovun anadan olmasının 120 illiyinə həsr olunmuş “Biologiyada nailiyyətlər və çağırışlar” adlı 11-ci Beynəlxalq konfrans keçiriləcək.

Konfrans müasir biologiyanın fundamental və tətbiqi sahələri üzrə dünyanın müxtəlif ölkələrindən olan tədqiqatçıları bir araya gətirməklə əldə edilmiş ən mühüm nəticələri müzakirə etməyə, yeni prioritet istiqamətləri müəyyənləşdirməyə imkan verəcək, təhsil və elmi tədqiqatların əlaqələndirilməsinə, bu sahədəki bilik və bacarıqların optimallaşdırılmasına, habelə elmi əlaqələrin genişləndirilməsinə xidmət edəcək.

19 xarici ölkədən (Türkiyə, Fransa,  İspaniya, Koreya, Serbiya, Bolqarıstan, Pakistan, Mərakeş, Hindistan, Belarus, Polşa, İran, Nigeriya, Özbəkistan, Rusiya, Argentina, Braziliya, Qazaxıstan, Gürcüstan), ölkəmizin bir çox ali təhsil müəssisələri və elmi-tədqiqat institutlarından olan tədqiqatçıların iştirakı ilə keçiriləcək konfransda genetika, molekulyar biologiya, mikrobiologiya, biofizika, biokimya, fiziologiya, nanobiotexnologiya, botanika, flora müxtəlifliyinin mühafizəsi, zoologiya və akvakulturalar, canlı sistemlərin ekologiyası kimi sahələr üzrə məruzələr dinləniləcək, müzakirələr aparılacaq. Konfransda müxtəlif ölkələrdən olan dəvətli məruzəçilərin bu sahələrin problemləri və alınmış ən son nəticələr üzrə çıxışları gözlənilir.

Xəbərlər

Həmrəylik, xeyirxahlıq, humanizm bayramı

Həmrəylik, xeyirxahlıq, humanizm bayramı
27/05/2026

XİN-in təşkilatçılığı, BDU və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının əməkdaşlığı ilə “Afrika Günü”nə həsr olunmuş konfrans keçirilib

XİN-in təşkilatçılığı, BDU və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının əməkdaşlığı ilə “Afrika Günü”nə həsr olunmuş konfrans keçirilib
26/05/2026

BDU-nun II kurs tələbələrinin nəzərinə!

BDU-nun II kurs tələbələrinin nəzərinə!
26/05/2026