BDU-da bioloji aktiv dipeptidlərin modelləşdirilməsi üzrə tədqiqatlar davam edir

16/03/2023

Bakı Dövlət Universitetinin (BDU) nəzdində Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun Biofizika şöbəsinin aparıcı elmi işçisi Gülnara Haqverdiyevanın “Val-Trp dipeptidinin struktur analizi: Molekulyar mexanika və DFT hesablamaları” (Structural analysis of Val-Trp dipeptide: Molecular mechanics and DFT calculations) adlı məqaləsi “Web of Science” bazasında indekslənən “Bulletin of the Chemical Society of Ethiopia” jurnalında dərc edilib. https://dx.doi.org/10.4314/bcse.v37i3.17

Məqalədə bioloji aktiv Val-Trp dipeptidi istifadə edilməklə tədqiq olunub. Molekulyar mexanika metodu ilə bu molekulun nəzəri cəhətdən mümkün açıq və bükülü quruluşları üçün iki konformasiya tapılıb.  Val-Trp dipeptidinin ən stabil konformasiyaları 6-31+G(d,p) metodu ilə DFT/B3LYP nəzəriyyəsindən istifadə edilərək optimallaşdırılıb. Molekulun həndəsi parametrləri, enerji parametrləri, elektron xassələri, molekulyar elektrostatik potensial (MEP) xəritəsi, HOMO və LUMO enerjiləri, kimyəvi reaktivlik deskriptorları, elektrik dipol momenti və polyarlaşma qabiliyyəti kimi qeyri-xətti optik xassələri nəzəri metodla tədqiq edilib və molekulun optimallaşdırılmış açıq və bükülü quruluşları müqayisə olunub. Dipeptidin iki xarakterik konformasiyası arasında elektron quruluşdakı fərqlər aşkar edilib. Müəyyən olunub ki, peptid zəncirinin bükülməsi nəticəsində yüklərin yenidən paylanması bu molekulun dipol momentinin azalmasına səbəb olur. Molekuldaxili hidrogen rabitəsinin Val-Trp dipeptidinin həndəsi quruluşuna təsirinə baxılıb.

Xəbərlər

BDU “İlin gənc alimi” nominasiyası üzrə müsabiqə elan edir

BDU “İlin gənc alimi” nominasiyası üzrə müsabiqə elan edir
06/01/2026

BDU-da qış imtahan sessiyasında 22 minə yaxın tələbə iştirak edir

BDU-da qış imtahan sessiyasında 22 minə yaxın tələbə iştirak edir
05/01/2026

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti
01/01/2026